Məşhur aparıcı işdən qovulmasından danışdı: “Buradan da ayrılmalı olacam”

Baxış sayı: 
100
2  
0  

“Sport Marketing Group şirkətində "Film & Media Production" departamentinin direktoru vəzifəsində çalışıram. Şirkət dünya miqyaslı tədbirləri (əsasən idman) ölkəmizdə keçirməklə məşğuldur. Dəhşətli dərəcədə xoşum gəlir buradan. Sonuncu dəfə bu qədər razı olduğum yer manatın avroya xod gedən vaxtlarında olub”.
 
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmova yazdığı statusa görə işdən qovulmasına dair münasibət bildirərkən deyib. Aparıcı AZTV-dən ayrılmasının səbəbini hər hansı statusa görə baş vermədiyini qeyd edib:
 
“Çox super komandada çalışıram, sanki ölkənin ən yaradıcı beyinləri bura yığılıb. Hamı gənc, savadlı, işini bilən, sağlam insanlardı. Bomba direktorum var. Bizimlə birgə işin hər bir prossesində iştirak edir, bizimlə bir yeyir, bizimlə bir dincəlir, bizimlə bir işləyir. Təsəvvür edirsiz? Və ona işlə bağlı söz demək üçün, qəbuluna yazılıb telefonu təhvil verib böyük kabinetə girməyə ehtiyac yoxdur. O hər zaman yanımızdadır. Çünki o qurduğu işin və komandanın lideridi –“məllimi” yox. Tfu tfu göz dəyməsin, nə qədər təriflədim.
 
Bunları yazmağımda məqsəd bu gün bir neçə dəfə eşitdiyim əsaslanmamış söz-söhbətə son qoymaqdır. Mən işləyirəm və heç kəs məni heç yerdən çıxarmayıb. Ümumiyyətlə bu vaxta qədər HEÇ VAXT və HEÇ YERDƏN məni HEÇ KİM işdən uzaqlaşdırmayıb. Bu günə qədər hələki hər yerdən öz istəyimlə, öz ərizəmi yazaraq, demək olar ki, hər yerdən sülh yolu ilə ayrılmışam.
 
Nə qədər hal-hazırki yerimdən məmnun olsam da, indidən deyim ki, qarşıda başqa işlər, başqa planlar, başqa perspektivlər var. Və bir müddət sonra buradan da ayrılmalı olacam.
 
Başa düşürəm karantindi, boş vaxtınız həmişəkindən daha çoxdur, amma belə söz-söhbətlərə vaxtınızı itirməyin. Ondansa Jason Momoanın iştirakı ilə "See" serialına baxın. Həyatınıza gözəllik qatın. Momoa gözəlliyi”.
 
Qeyd edək ki, Nura Suri bu yaxınlarda verdiyi müsahibədə aparıcı Hüsniyə Məhərrəmovanın feysbukda yazdığı statusa görə işdən kənarlaşdırıldığını bildirmişdi.

Загрузка...
Загрузка...