Məşhur aktyorların öpüş fotosu yayıldı

Baxış sayı: 
107
1  
0  

ADO Teatrının (Azərbaycan Dağınıq Oda Teatrı) yaradıcısı Elmin Bədəlov sosial şəbəkədə sevgilisi ilə özəl fotosunu paylaşıb.
 
Publika.az xəbər verir ki, aktyor fransalı aktrisa Elza Furtado ilə öpüşərkən lentə alınan kadra “Sevgi bitmirmiş Elza, mən səni zamanla daha çox sevməyə başlayırmışam” sözlərini yazıb.
 
Elza isə aktyorun paylaşımına “Elmin, sənə məndə çox böyük sevgi var. Getmir və hər zaman olacaq”, - deyə rəy bildirib.
 
Sözügedən kadr Köhnə Günəşlidə, kərpic zavodu deyilən ərazinin fonunda lentə alınıb.
 
Məlumat üçün bildirək ki, ADO teatrı küçə və toy tamaşaları ilə məşhurdur.

Загрузка...
Загрузка...