​Məşhur aktyor sevgilisini döyüb elə hala saldı ki... - FOTO

Baxış sayı: 
114
1  
0  

Xəbər verdiyimiz kimi, “Babil” serialında əsas rollardan birini canlandıran aktyor Ozan Güvən sevgilisinə zorakılıq tətbiq etməsiylə gündəmdədir.
 
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, özündən 17 yaş kiçik sevgilisi Deniz Bulutsuzu bir saata yaxın döydükdən sonra çəkilən yeni fotolar ortaya çıxıb. Bundan əvvəl Deniz Bulutsuzun sadəcə gözünə qan dolan bir fotosu mətbuata təqdim olunmuşdu. Yeni yayılan fotolarda qadının qollarında və ayaqlarında çoxsaylı göyərmələr var. Bir gözü gömgöy olan qadının çənəsindəki yara da diqqətdən qaçmayıb.
 
Məlum olub ki, Deniz Bulutsuz aktyorun ona qarşı etdiyi zorakılığı yaxınlarından gizlətməyə çalışıb və yalnız 5 gün sonra polisə müraciət etməyə qərar verib.
 
Ozan Güvən isə bu hadisənin ona qarşı qurulmuş tələ kimi qələmə verib və bildirib ki, aralarındakı mübahisə Dəniz Bulutsuzun keçmiş sevgilisi üzündən yaşanıb.

Загрузка...
Загрузка...