Məşhur aktrisa koronavirusa yoluxduğunu açıqladı: xəstəliyin ən ağır dövrünü... - FOTO

Baxış sayı: 
109
2  
0  

Türkiyədə yayımlanan “Mucize Doktor” və “Çocuk” kimi məşhur seriallarda rol alan aktrisa Cansın Çekili koronavirusa yoluxub.
publika.az xəbər verir ki, aktrisa xəstəliyin ağır dövrünü geridə qoyduğunu və evdə karantində olduğunu bildirib.
20 gün allergiya və bronxit səbəbilə müalicə alan Çekilinin koronavirus testi pozitiv çıxıb. Yalnız bundan sonra infeksiyaya yoluxduğunu anlayıb: “Öz otağımda özümü karantinə aldım. Tibb işçiləri hər gün zəng edib maraqlanır. Dərman müalicəsi bitdikdən sonra yenidən test ediləcək. Özümü daha yaxşı hiss edirəm”.
Cansın Çekili xəstəlikdən sonra dad və qoxu duyğusunu itirdiyini də qeyd edib: “Öskürməkdən sinəm ağrıyır. Şokoladdan heç bir dad ala bilmirəm”.


 

Загрузка...
Загрузка...