Məşhur iş adamı Bakıxanovdakı restoranını təcili satışa çıxardı

Baxış sayı: 
34
1  
0  

İş adamı Füzuli Fərəcova məxsus Bakıxanov qəsəbəsində yerləşən məşhur "Mohito” restoranı satışa çıxarılıb.
 
Qaynarinfo "Axar.az"a istinadən xəbər verir ki, iş adamına məxsus restoran və restoranın digər mərtəbələrində yerləşən PUB, Çay evi, Karaoke klub, Avto servisin satışı ilə bağlı elan "Emlak.az” saytında yerləşdirilib.
 
Ümumi sahəsi 2500 kvadrat metr olan 4 mərtəbəli obyekt sahibi tərəfindən satışa təqdim edilib. Bu günə qədər icarədə olan obyekt hazırda bütün əşyaları ilə birgə satılır.
 
Obyektin 1-ci mərtəbəsi Avro servis, 2-ci mərtəbəsi "Mohito” restoranı, Çay evi və PUB, 3-cü mərtəbəsi restoran və karaoke klub kimi istifadə edilir. Obyektin 4-cü mərtəbəsi isə ofis kimi istifadə edilib.
 
Bununla yanaşı, 4-cü mərtəbədə iki mühasibat otağı, namaz otağı, əlavə olaraq bir yataq otağı və yataq otağının daxilində sauna, cakuzi, duş kabina var.
 
Əmlak sahibi elanda bildirib ki, obyekt təcili olaraq satılır. Əmlak üçün müəyyən edilən satış qiyməti isə 3 milyon manatdır.
 
Xatırladaq ki, Bakıda fəaliyyət göstərən məşhur "Paradise” klubu, Novxanıdakı "Kalyon” və "Texas” restoranları da hazırda satışa çıxarılan "Mohito” restoranının sahibi iş adamı F.Fərəcovun mülkləri arasındadır.
 
Yeri gəlmişkən xatırladaq ki, 2017-ci ilin may ayında F.Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəcov idarə etdiyi "Porşe” markalı 99 BS 999 dövlət nömrə nişanlı avtomobili ilə Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub, öldürmüşdü.

Загрузка...
Загрузка...