​"Məşədi Dadaş" və "Əjdərbəy" məscidlərində Aşura günü: Hacı Şahin Həsənlinin özəl açıqlaması... VİDEOREPORTAJ

Baxış sayı: 
26
1  
0  

 
Sentyabrın 10-da Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur. Aşua günü ilə əlaqədar ölkədəki məscidlərdə İmam Hüseynə (ə) əzadarlığı keçirilir. Minlərlə insan məscidlərə gələrək mərasimlərdə iştirak edib, şəhid İmam Hüseyni (ə) və onun ailəsini, səhabələrini anır, göz yaşı axıdırlar.
 
Musavat.com-un hazırda "Əjdərbəy" məscidində olan müxbiri xəbər verir ki, məclisdə xütbələr oxunur, Kərbəla qiyamının fəlsəfəsindən və İmam Hüseynin (ə) həyatı və şəxsiyyəti barədə danışılır.
 
Ətrafdakı marketlər ötən illərdən fərqli olaraq bu il açıqdır. Ehsan vermək istəyənlər su alaraq əzadarlara paylayırlar.
Qeyd edək ki, paytaxtda Aşura mərasimləri sakit, heç bir insident yaşanmadan keçirilir. Burada din xadimlərinin də xüsusi rolu var ki, onlar 10 gün ərzində keçirilən əzadarlıq məclislərində etdikləri xütbələrdə insanları dinc şəkildə, Kərbəlanın mahiyyətinə və şəninə uyğun əza saxlanılmasını təbliğ edirdilər.
 
İnsanlar məscidlərə gəlib dini ayinləri icra edir, qanvermə aksiyalarında iştirak edirlər.
 
Hüquq mühafizə orqanları da dini icmalarla birlikdə məscidə gələn insanların təhlükəsizliyini təmin edirlər.
 
Din xadimləri də vurğulayır ki, Aşura əslində insanları həmrəyliyə, birliyə, mərhəmətə dəvət edir. Aşura eyni zamanda şəhidlərin anım günüdür. Ona görə də bütün məscidlərdə Kərbəla şəhidləri ilə yanaşı, Azərbaycan şəhidləri yad edilir. Qarabağın düşməndən azad edilməsi üçün dualar oxunur.
 
Daha sonra "Məşədi Dadaş" məscidində olan müxbirimiz, burada da əzadarların sinə vuraraq mərsiyələr oxuduğunu bildirdi. Məscidin həyətində insan sıxlığından içəri daxil olmaq mümkün olmayıb. Məscidə gedən yollar və ətraf küçələrdə insan izdihamı müşahidə olunur. Oxunan rozə və mərsiyələrin ardından məscidin axundu Hacı Şahin Həsənli xütbə oxuyaraq, Kərbəla şəhidləri haqqında insanlara məlumat verib. O, İmam Hüseyn (ə) şəhidliyinin bu günə qədər yaşamasının sirrlərindən danışıb. Qeyd edib ki, bu yeganə hadisədir ki, yalnız Allah üçündür, heç bir şəxsi mənfəət yoxdur. Oxunan xütbələr səsgücləndiricilər vasitəsilə ətrafküçələrdə də eşidildiyindən insanlar ayaq saxlayıb dinləyir, Kərbəla şəhidlərini anırlar. Hacı Şahin xütbəsində Azərbaycan şəhidlərini də anaraq, hər birimizin onlara borclu olduğunu vuğuladı.
 
Onu da qeyd edək ki, ölkə üzrə ümümilikdə 32 məscid və ona yaxın ərazilərdə Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən askiya təşkil edilib.
 
Verilən qanlar Qanköçürmə İnstitutu tərəfindən yoxlanaraq talasseminayadan əziyyət çəkənlərə göndəriləcək. Aşura günü ilə bağlı olaraq paytaxtın yollarının bəzilərində gediş-gəliş məhdudlaşdırılıb. Polis isə gücləndirilmiş rejimdə çalışıb.
 
Öncədən xəbərdarlıq edildiyi kimi ,müəyyən edilmiş yerlərdən başqa ərazilərdə mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə qətiyyətlə imkan verilmir.
 
Qeyd edək ki, "Məşədi Dadaş" məscidində Azərbaycan şəhidlərin fotolarından ibarət tablonun önündə tər qərənfillər və şamlar düzülərək onların müqəddəs ruhu yad edilir. Ötən illərdən fərqli olaraq izdihamda yalnız Azərbaycan bayraqları dalğalanır. Əzadarlar isə Aşura gününün simvolu olara alınlarına "Ya Hüseyn", "Ya Zeynəb" yazılan lentlər bağlayıblar. Qadınların əksəriyyəti Aşura günü ilə əlaqədar qara çadralar geyinib. İzdihamda azyaşlı uşaqlar da gözə dəyir.
 
Nərgiz LİFTİYEVA
Fotolar: Elçin ƏKBƏROV

Загрузка...
Загрузка...