Mərhum söz ustadı Məşədi Babanın oğlu Mircəlal son günlər “Neynəmisən” mahnısı ilə populyarlaşan gənc müğənni Əhməd Mustafayevə etiraz edib.

Sənətkarın övladı “Ölkə.Az”-a açıqlamasında bildirib ki, Ə.Mustafayev atasının müəllifi olduğu qəzələ musiqi bəstələyərkən ailə üzvlərinin icazəsini almayıb:

“İcazə alsaydı, yaxşı olardı. Halallıq başqa şeydir, qardaşım. Ümumiyyətlə, bu hərəkət başından bəri səhvdir”.

Qeyd edək ki, Ə.Mustafayevin bəstələdiyi və oxuduğu mahnı sosial şəbəkələrdən 15 milyondan artıq baxış sayı qazanıb.