Mərkəzi arenada çempionluq mübarizəsi - AFİŞA

Baxış sayı: 
87
1  
0  

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq. Matc.az saytının məlumatına görə, iki görüş keçiriləcək.
 
Turun ikinci günü Qəbələdə başlayacaq. Paytaxtdan kənarda keçiriləcək yeganə oyunda eyniadlı komanda “Sumqayıt”ı sınağa çəkəcək. Turnir cədvəlindəki qonşuların oyununda qonaqlar xal fərqini azaltmaq, Sənan Qurbanovun yetirmələri isə 1 pillə irəliləmək, “üçlüy”ə yaxınlaşmaq niyyətindədi.
 
Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. Təkcə turun deyil, III dövrənin mərkəzi oyununda “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Çempionatın liderləri, həmçinin ölkənin iki ən titullu klubu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Ağdam təmsilçisi qalib gəlsə, liderliyə şərik olacaq.
 
Qurban Qurbanovun yetirmələri bərabərliklə də intriqanın yüksək həddə qalmasını təmin edəcək. “Ağ-qaralar”ın qələbəsi isə paytaxt təmsilçisinə qızıl medal mübarizəsində böyük üstünlük bəxş edəcək. Çünki Roberto Bordinin yetirmələri üstünlüyünü 6 xala çatdıracaq və şəxsi oyunlarda öndə qərarlaşmağı təmin edəcək.
 
Premyer Liqa. XV tur
 
3 fevral
 
14:00. “Qəbələ” – “Sumqayıt”
 
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
 
Hakim-inspektor: Munis Abdullayev
 
AFFA nümayəndəsi: Şaiq Həmidov
 
Qəbələ şəhər stadionu
 
18:30. “Qarabağ” – “Neftçi”
 
Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Səbuhi Bayramov
 
Hakim-inspektor: Vüsal Əliyev
 
AFFA nümayəndəsi: Rüfət Əmirov
 
Tofiq Bəhramov adına Respublika Stadionu
 
Neftçi
Bombardirlər: Baqali Dabo ("Neftçi"), Mahir Mədətov ("Qarabağ") - 7 qol

Загрузка...
Загрузка...