“Moyka”lar niyə içməli sudan istifadə edir? – EKSPERT “AZƏRSU”NU İTTİHAM ETDİ

Baxış sayı: 
47
1  
0  

 
"Azərbaycanda texniki sudan istifadə üzrə infrastruktur dağıdılıb”
 
 
Sfera.az-a açıqlamasında bu sözləri Bakıda fəaliyyət göstərən avtoyuma məntəqələrinin ("moyka”ların) texniki su əvəzinə, içməli sudan istifadə edərək ciddi su problemi yaratmalarına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
 
 
 
"Texniki su üzrə infrastruktur Azərbaycanda və Bakıda zəif inkişaf edib. Düzdür, vəziyyətin bu cür olmasında maşınyuma məntəqələrinin özlərinin də günahı var. Onlar texniki sulardan istifadə etmək imkanlarını araşdırmır. Bünunla belə əsas səbəb Bakıda texniki su infrastrukturunun çox zəifinkişaf etməsindən qaynaqlanır. Bu barədə maşınyuma məntəqələrinə texniki şərtlər "Azərsu” tərəfindən verilir. Ona görə də "Azərsu” texniki sudan istifadə üçün "moyka”lara imkan yaratmalıdır ki, içməli suya qənaət edilsin. Ancaq bu baş vermir. Maşınyuma stansiyaları açılarkən "Azərsu” sadəcə onlara texniki şərtlərin verilməsilə məşğuldur. Bu zaman onların hansı sudan istifadə etmələri qurumu o qədər də maraqlandırmır. Belədə "moyka”lar içməli sudan istifadə etməyə məcburdurlar”.
 
 
 
 
Dünyanın bir çox ölkələrində gələcək 10-20 ilin başlıca probleminin içməli su olacağını xatırladan ekspert belə bir vəziyyətdə Azərbaycanda texniki sudan istifadə üçün infrastruktur yaradılmasının vacibliyini düşünür: "Təəssüf ki, bu istiqamətdə "Azərsu” ASC-nin görməli olduğu işlər yarımçıq qalıb. Sovet dönəmində bəzi zavodlara ayrıca texniki su xətləri çəkilirdi. İndi isə bu xətlər qarışıb. Artıq içməli su ilə texniki su arasında ciddi fərq qalmayıb. Nəticədə içməli su israfçılığına yol verilir. "Azərsu” texniki su xətlərinin bərpası ilə bağlı əlaqədar orqanlar qarşısında məsələ qaldırmalıdır. Ancaq bu günə qədər həmin qurumun belə bir təşəbbüsdə bulunduğunu görməmişəm”.
 
 
 
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən "moykalar” ölkəmizdə içməli su ehtiyatı məhdud olsa da, maşınları yuyarkən məhz bu sudan istifadə edirlər. Halbuki onlar bu zaman texniki sudan istifadə etməlidirlər. Belədə avtoyuma məntəqələrində içməli su israf edilir. BMT-nin tədqiqatına əsasən gələcəkdə içməli su qıtlığı problemilə üzləşəcək ölkələrdən biri də məhz Azərbaycan olacaq.
 
 
 
 
 
Elçin
 
Sfera.az

Загрузка...
Загрузка...