Mövsüm trendi: Yazı cibli şalvarlarla qarşılayın - FOTO

Baxış sayı: 
58
1  
0  

Rahat və işgüzar şalvarlar bu yazın trendi olacaq.
 
Publika.az xəbər verir ki, ciblərini konfet, telefon, dodaq boyası və s. bu kimi əşyalarla doldurmağı sevənlər ürəkdən şadyanalıq edə bilər. Çünki diz hissələrində iri cibləri olan şalvarlar bu yaz dəbin zirvəsini fəth etməyə hazırlaşır. Karqo adlanan belə şalvarların Paris, Milan və London moda həftələrinin küçə stilində çox gözə dəyməsi onun birbaşa sübutdur. Orada modapərəstlər karqo şalvarları əsasən dəri jiletlərlə və plaşlarla uyğunlaşdırmışdı.
 
Dizaynerlər karqo modelinin ağ, qara, bej, qəhvəyi, nanəli və digər rənglərini təklif edir. Materiallar da öz növbəsində müxtəlifdir, ipəkdən pambığa qədər istənilən çeşidlərə rast gələ bilərsiniz. Karqolar həm böyük krossovkalar, həm botilon, həm də stilettolarla effektli görünür. Ən əsas yadda saxlayın ki, cib nə qədər çox olarsa, bir o qədər yaxşıdır!

Загрузка...
Загрузка...