Mövcud olmayan ölkə… – Ermənistan tarixi ilə bağlı nadir dəlillər – YENİ FİLM – VİDEO

Baxış sayı: 
75
1  
0  

“AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin ərsəyə gətirdiyi “Mövcud olmayan ölkə… Ermənistan Qafqazda?..” sənədli filminin ilk iki hissəsi Rusiya tarixi ilinə həsr edilib.

Turaninfo.org  Publika.az-a istinadən xəbər verir ki, filmin bu hissələrində erməni saxtakarlığına tutarlı cavablar verilib.

6 hissədən ibarət olan filmin sözügedən hissələrində Rusiya imperatorlarının erməni ekstremizminə qarşı sərt qərarları haqqında nadir dəlillər təqdim edilib.

Filmdə vurğulanır ki, erməni millətçiləri tarixin müxtəlif dövrlərində Rusiya dövlətçiliyinin əsaslarını sarsıtmağa çalışıblar. Lakin onların separatçı fəaliyyəti yüksək həddə çatanda imperatriçə Yelizaveta, çarlar I Nikolay, III Aleksandr və II Nikolay müvafiq fərmanlar veriblər. Həmin fərmanlar erməni millətçilərinin Cənubi Qafqaz ərazisində törətdikləri cinayətləri ifşa edir.

Qeyd edək ki, filmin bütün hissələri “YouTube” portalında yerləşdirilib.

Загрузка...
Загрузка...