​Moskvada zərgərlik mağazasına basqın edən iki Azərbaycan vətəndaşı tutulub

Baxış sayı: 
129

 
Moskvanın şimalında zərgərlik mağazasından 882 min 431 min dollar məbləğində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb.
 
“Report”un məlumatına görə, TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, bunlar Azərbaycan vətəndaşlarıdırlar.
 
"Hazırda iki şübhəli saxlanılıb, onların hər ikisi Azərbaycan vətəndaşıdır. Dəstənin digər üzvləri axtarılır", - deyə həmsöhbət əlavə edib.
 
Martın 15-i axşam naməlum şəxslər Moskvanın Leninqrad prospektində yerləşən zərgərlik mağazasını qarət ediblər. Onlar mağaza işçilərini təhdid edərək vitrinləri qırıblar və 50 milyon rubl dəyərində (882 min 431 ABŞ dolları) qızıl-zinət əşyaları götürərək oradan uzaqlaşıblar.
 
Faktla bağlı quldurluq maddəsi üzrə cinayət işi qaldırılıb.

Загрузка...
Загрузка...