“Monte Ferro” daşlıq ərazidə möcüzə yaradır: şirkətin Şəki və Qaxdakı fındıq bağlarından videoreportaj

Baxış sayı: 
111
1  
0  

 
Şimal-qərb zonasının hələ ki yeganə sərt karantin tətbiq olunan Şəki rayonunda qurulmuş postdan keçib kəndlərinə doğru istiqamət alırıq.
 
Bura gəlişimizə səbəb “AGA Group”un regiondakı təmsilçisi “Monte Ferro” şirkəti tərəfindən salınan fındıq bağları ilə tanış olmaq, görülən işlərin incəliklərini öyrənmək, fındıqçılığın çətinliklərini araşdırmaqdır.
 
Musavat.com xəbər verir ki, hazırda “Monte Ferro” şirkəti Şəkinin Bideyiz, İnçə, Cunud Biləcik, eləcə də Qaxın Qaşqaçay, Güllük, Almalı, Cəlayir, Zəyəm kəndləri yaxınlığındakı əkinə yararsız bələdiyyə və meşə fondu torpaqlarının bir hissəsində intensiv fındıq bağları salıb.
 
Ümumilikdə şirkət bu ərazilədə təqribən 2000 hektar sahədə fındıq kollarından ibarət bağ salıb. Amma 2022-ci ilədək bağların 5000 hektara çatdırılması hədəflənib.
 
Ona görə də Şəkinin Cunud kəndində daşlıqdan, kol-kosdan ibarət, mürəkkəb relyefə və şəraitə malik sahədə böyük əmək, vəsait sərf olunaraq yeni intensiv fındıq bağlarının salınmasına hazırlıq gedir.
 
Bu işləri reallaşdırmaq elə də asan görünməsin. Həmin ərazilər iri daşlardan, kol-kosdan təmizlənir, hamarlaşdırılır.
Ondan sonra fındıq bağlarının salınmasına başlanacaq. “Monte Ferro” şirkəti belə bir ağır yükün altına girib və fındıqçılığın bölgədə inkişafını qarşısına məqsəd qoyub.
 
Bizimlə söhbətində “Monte Ferro” Aqroparkının Qax rayon birliyinin rəhbəri Xəzər Əhmədov görülən işlər barədə ətraflı məlumat verdi.
 
Onun sözlərinə görə, Cunud kəndi yaxınlığında 1000 hektar ərazidə payızlıq əkin üçün hazırlıq işləri gedir: “Ərazi texnikalar vasitəsilə iri çay daşlarından və koldan təmizlənir. Qax rayonunun Güllük kəndində isə fındıq bağlarında əkilməsi nəzərdə tutulan tinglər yetişdirilir. Bu tinglər əkin zamanı sahələrə köçürüləcək.
 
Bu ərazilər “Monte Ferro” şirkəti tərəfindən uzun müddətə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icarəyə götürülüb, çay daşı və kol-kosdan təmizlənərək əkin üçün yararlı vəziyyətə gətirilib”.
 
X.Əhmədov qeyd etdi ki, fındıq əkilən bağlar Azərbaycanda ilk dəfə olaraq müasir damcılı suvarma sistemi ilə təmin olunub.
Eyni zamanda fındıq bağlarında subartezian quyuları qazılıb, 10 min kubluq su hovuzları və elektrik təminatı ilə təchiz olunub.
 
Bağsalma işlərinə daimi və mövsümü olaraq kənd əhalisi cəlb olunub ki, bu da insanlar üçün iş yerləri deməkdir. Bizimlə söhbətində şirkətin Qaşqaçay ərazisindəki fındıq bağlarının aqronomu Nazim Babayev isə damcılı suvarma sisteminin üstünlüklərindən danışdı.
 
Onun sözlərinə görə, fındıq kolları 5-7 il sonra məhsul verməyə başlayır. N.Babayev qeyd etdi ki, damcılı suvarma sisteminin alternativi yoxdur, sadəcə, vəhşi heyvanlar tez-tez boruları yararsız vəziyyətə salırlar.
 
Musavat.com “Monte Ferro” tərəfindən salınan fındıq bağlarından, o cümlədən şirkətin Cunud kəndi ərazisində gördüyü irimiqyaslı işlərdən hazırladığı geniş videoreportajı təqdim edir:
 
 
 
Musavat.com-un reportyor qrupu
Şəki-Qax
 

Загрузка...
Загрузка...