Modapərəstlərin qəlbini fəth edən payız dəbi - FOTO

Baxış sayı: 
29
3  
0  

Kopenhagen, Milan, Paris və Nyu-York Yaz-Yay 2020 Moda Həftəsi artıq başa çatdı. Hər kəs növbəti isti mövsümün dəb cərəyanlarını özləri üçün sıralayarkən, biz oxucuları daha aktual bir tendensiya ilə tanış edirik.
 
Publika.az xəbər verir ki, qəhvəyi dama-dama parçalar bu payızın ən aktual trendlərindən biri olacaq. Dama-dama geyimlər bir çox modapərəstin küçə stili xronikalarında qarşımıza çıxır.
 
Ənənəvi qəhvəyi dama-dama naxışları yeni mövsümdə şübhəsiz ki, hər kəsin qəlbini fəth edəcək. Klassik qırmızı, tünd yaşıl və mavi dama-dama parçalar klassik Şotlandiya naxışı sayılsa da, biz onun qəhvəyi versiyasını seçməyi məsləhət görürük. Qatılaşdırılmış süd çalarından ağac qabığına qədər qəhvəyinin bir çox çalarını diqqətdən kənar qoymayın.

Загрузка...
Загрузка...