​Mənsimovlardan "Xəzər Lənkəran"la bağlı YENİ QƏRAR

Baxış sayı: 
136
1  
0  

"Xəzər Lənkəran" rəhbərliyi klubun fəaliyyətini tam dayandırmağı planlaşdırır.
 
Bu barədə göstəriş İstanbuldan – "Palmali"nin baş ofisindən gəlib.
 
Bu qərarın verilməsi "ağ-yaşıllar”ın fəxri prezidenti Mübariz Mənsimovun 2 aya yaxındı həbsdə olmasıyla bağlıdı.
 
Mənsimovlar futbolla əlsaqələrini qeyri-müəyyən müddətədək dondurmaq niyyətindədi. Bunun nə qədər davam etməsi klubun sahibinin nə vaxt azadlığa çıxacağından və AFFA rəhbərliyində dəyişikliyin nə vaxt gerçəkləşəcəyindən asılıdı.
 
"Xəzər Lənkəran"ın əsas komandası 2016-cı ildə fəaliyyətini dayandırsa da, akademiyanın 3 yaş qrupu ölkə çempionatında çıxışlarını davam etdirib. Amma ötən müddətdə də AFFA ilə ixtilaflar bitməyib.
 
XL rəsmiləri dəfələrlə federasiyanın onlara biganə münasibətindən şikayətlənib, ayrı-seçkiliyi qabardıb. Xüsusilə, 17 yaşadək futbolçulardan ibarət komandayla bağlı narazılıqlar ciddi hal alıb. U-17-nin məşqçi və futbolçuları dəfələrlə AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılıb. (sportinfo)

Загрузка...
Загрузка...