​"Məni həbslə qorxudursunuzsa, yazıqlar olsun sizlərə, birbaşa cəhənnəmə gedəcəksiniz..."

Baxış sayı: 
98
1  
0  

 
 
"Palmali" Şirkətlər qrupunun sahibi Mübariz Mənsimov sosial şəbəkə hesabı ilə üzərinə suç ataraq onu ləkələməyə çalışanların ünvanına sərt ifadələr işlədib.
 
Moderator.az iş adamının sözügedən statusunu olduğu kimi təqdim edir:
 
"Bu artıq başlanğıcdı. Siz düşünürsüz ki, başqalarına ləkə ataraq nə isə əldə edəcəksiniz? ANS telekanalını bağlatdırıb bir qızcığaza FETÖ-çu damğası vurdunuz. Səbəb nə idi? Bəlkə həmin o gənc jurnalist Fətullahın gercək üzünü göstərəcəkdi? Əlbəttə, siz bildiniz ki, o qız Gülənin evində çox şeylər görüb, Fətullahın evində asılan şəkillərinizə qədər seyr edib. Bu sizi bərk narahat etdi. Elə buna görə onu yox etməyə çalışdınız, vətənindən didərgin saldınız. Az qalıb, siz də çox keçmədən gizlənməyə yer axtaracaqsınız və sizə qapı açacaq ölkə ancaq Ermənistan olacaq. Səhv yolla getdiniz, hərəkətlərinizdə böyük səhvlərə yol verirdiniz. Məni həbslə qorxudursunuzsa, yazıqlar olsun sizlərə. Mənim keçmişimi yaxşı-yaxşı öyrənin: mən ölümü göz önünə alan birisiyəm. Mən Mübarizəm. Siz isə yalançı və qorxaqsınız. Amma bunu da bilin ki, bu gerçək həyat deyil, əsil həyat axirətdədi. Ora gedəndə sizi sorğu-suala da tutmayacaqlar. Birbaşa cəhənnəmə gedəcəksiniz. Fətullah Güləninizlə bərabər. Birazdan sizə heç gülməli olmayacaq. İndi trollarınıza “fas” əmri verin ki, bir az pul qazansınlar. Zatən sizdə mədəniyyət, yoxdur və olmayıb. İndi də öz səviyyəsizliyinizi, mədəniyyətsizliyinizi yazılarınızda
göstərin."

Загрузка...
Загрузка...