Məndən alma dilimi-Poeziya incisi

Baxış sayı: 
685
0  
0  

Danma türkü bilimi 
Ana tək sevgilimi 
Bu dil təkcə varımdır
Məndən alma dilimi  
 
Qoy  dilimi öyrənim 
Çıxma yoluma qənim 
Gülümsəsin vətənim
Məndən alma dilimi  
 
Dilimdir şərəf  yolu
Şanlidir sağı-solu 
Şeri ədəbdən dolu 
Məndən alma dilimi  
 
Yoldaşlara yoldaşam 
Gərək faşizmdən aşam 
Haqqlıdır türkü yaşam 
Məndən alma dilimi 
 
Bu dil mənə anamdır 
Qeyrətli bir atamdır 
Cana dəyməz qadamdır 
Məndən alma dilimi  
 
Dilimdə tanı məni 
Sevdim onu sevəni

mutlu türküm deyəni 
mən dən alma dilimi  
 
Hər kim dilinə dayaq 
Uluslari bir sayaq 
Həddən uzatma ayaq 
Məndən alma dilimi  
 
Uluslar arasında 
Susdum qəm qarasında 
Yasaq dil yarasında 
Məndən alma dilimi  

Güneyli Zəhra Nəcəfi

Загрузка...
Загрузка...