“Mən onun öldürüldüyünə qəti olaraq əminəm” – Donald Tramp

Baxış sayı: 
45
1  
0  

“Mən onun öldürüldüyünə qəti olaraq əminəm”.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “New York Times” qəzetinin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda itkin düşən jurnalist Camal Qaşıqçının öldürülüb-öldürülməməsi ilə bağlı sualını cavablandırarkən deyib.

“Bu, çox pis hadisədir. Əgər böyük bir möcüzə baş verməsə, onun öldüyünü qəbul edirəm”, – D.Tramp vurğulayıb.

O, bir çox ölkədən aldığı hesabatlara əsasən bu qənaətə gəldiyini bildirib. ABŞ Prezidenti jurnalist C.Qaşıqçının öldürülməsi barədə təlimatı verənin kimliyi ilə bağlı qəti nəticə çıxarmağın hələ tez olduğunu deyib: “Ancaq həqiqətin ortaya çıxacağına heç şübhəm yoxdur”.

D.Tramp vurğulayıb ki, C.Qaşıqçını Səudiyyə Ərəbistanı rəhbərliyinin öldürdüyü aşkar edilərsə, o halda rəsmi Vaşinqtonun təzyiqi çox ağır olacaq: “Bəzi araşdırmaların başa çatmasını, bəzi nəticələri gözləyirik. Yaxın zamanda bunları əldə edəcəyik. Məncə, bundan sonra çox sərt bir açqılama verəcəyik. Ancaq 3 fərqli araşdrıma barədə nəticə gözləyirik”.

Qeyd edək ki, bu il oktayrbın 2-də Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra itkin düşüb. Hadisə ilə bağlı səs qeydlərinin olduğu da bildirilir.

Загрузка...
Загрузка...