“Mən ondan artıq qızla ailə qurası deyiləm” - Aşıq Namiq bu sənətçi xanımla evlənir - VİDEO - FOTO

Baxış sayı: 
103
1  
0  

ARB TV-nin "Səhər- Səhər" verilişinə aşıq Ulduz və onun müğənni qızı Sədaqət Ulduz qonaq olub.

Turaninfo.org bildirir ki, "Səhər-Səhər" kollektivi aşıq Namiqdən müğənni Sədaqət haqqında fikirlərini öyrənib.

Namiq Sədaqət haqqında verdiyi açıqlama ilə ağıllarda sual yaradıb: 

"Müğənnilər var e, şəxsi həyatını gündəmə gətirirlər. Mən onların tayı deyiləm, mən aşıqam, mən kişiyəm. İncəsənət aləmindən və yaxud qeyri-biri ilə evlənsəm də kişi toyu edəcəm. Mən arvadımı çəkib camaata göstərən kişilərdən deyiləm. Sədaqətin xətrini çox istəyirəm. 20 ildən çoxdur ki, bizim dostluğumuz var. Mən Sədaqət xanım kimi ağıllı xanımla evlənsəm, çox sevinərəm. O, həm də mənim yerlimdir. Sədaqət haqqında kimsə nəsə deyərsə, qarşısında məni görər. İllərdir biz telefonla və "whatsaap"la danışırıq. Yəqin ki, bu il evlilik məsələsi olacaq. Qısqanc bəyəm, xanımımı ancaq xınayaxdılara getməyə qoyaram. Kişi toylarına getməyə qoymaram. Mən Sədaqətdən artıq qızla ailə qurası deyiləm, nə də Sədaqət məndən artıq bəylə ailə qurası deyil. Əgər qismət olsa, bu iş alınsa, siz də biləcəksiniz".

Namiqin səsləndirdiyi fikirlərdən sonra Sədaqətin anası aşıq Ulduz bu cür reaksiya verib:

"Nə oğlan evində, nə də qız evindən bir xəbər yoxdur. Siz bu hay-huyu hardan götürmüsünüz".

 

 

Videonu izləmək üçün şəklə klikləyin:

 
Загрузка...
Загрузка...