"Mənə niyə göz-qaş edirsən?.." - Kişi kafedə çayniki qadına atdı

Baxış sayı: 
290
1  
0  

 
Tovuz rayonunda cinayət törətməkdə təqsirli bilinən 1965-ci il təvəllüdlü Müseyib İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Teleqraf.com-un xəbərinə görə, Müseyib İsmayılov Tovuz dəmir yolu stansiyasının yaxınlığında Mehriban Allahverdiyevanın icarə əsasında işlətdiyi kafedə müştəri Nuriyyə Qurbanovanın ona göz-qaş etməsini irad bildirib.
 
Müseyib İsmayılov heç bir əsaslı səbəb olmadan Nuriyyə Qurbanovanı nalayiq söyüşlərlə söyüb.
 
Daha sonra o, stolun üzərində olan dəm çaynikini Nuriyyə Qurbanovanın baş nahiyəsinə vurub.
 
Nuriyyə Qurbanovaya xəsarət yetirilib, kafe sahibi Mehriban Allahverdiyevaya 30 manat dəyərində ziyan dəyib.
 
İstintaq orqanı tərəfindən Müseyib İsmayılovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə etməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
 
Tovuz rayon Məhkəməsinin hökmü ilə Müseyib İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmdən narazı qalan Müseyib İsmayılov apelyasiya şikayəti verib. O, işinə yenidən baxılmasını, ədalətli qərar qəbul edilməsini istəyib.
 
Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Müseyib İsmayılovun şikayəti təmin olunmayıb.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...