“Mən çox sevinərəm ki, aprel döyüşləriylə bağlı yaxşı bir film ortaya qoyulsun...”

Baxış sayı: 
80
2  
0  
Xəbər verdiyimiz kimi İctimai Televiziya və Radio Yayımları Şirkəti 2016-cı il aprel döyüşlərindən bəhs edən “4 gün” adlı serial çəkir. Filmin treylerinin yaxın günlərdə yayımlanacağı gözlənilir. Ekran işinin çəkilişləri döyüşlərin reallaşdığı ərazilərdə aparılır.
 
Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas filmin hamı tərəfindən bəyəniləcəyinə ümidli olduğunu bildirdi:
 
“Filmin çəkilməsiylə bağlı məlumatım var. Hətta orda Türkiyədən də aktyorlar dəvət edilib. Mən çox sevinərəm ki, aprel döyüşləriylə bağlı yaxşı bir film ortaya qoyulsun. Düzdür, ermənilər bu haqda bir neçə il öncə film çəkdilər və indi də dünyaya nümayiş etdirirlər. Amma bizdə serial çəkilir. O vaxt biz də film çəkməliydik və hətta mənə sifariş də vermişdilər və ssenari yazıb təqdim etmişdim, lakin nədənsə qəbul edilmədi. 2016-cı il aprel döyüşlərində özüm də üç gün döyüş bölgəsində olmuşam. Allah eləsin “4 gün” adlı film uğurlu alınsın, tənqidə məruzə qalmasın. Mən hamıya uğurlar arzulayıram”.
Загрузка...
Загрузка...