​“Mən bütün qadınlara aşiqəm” - Adnan Oktarın ifadəsində ağlasığmaz yalanlar üzə çıxdı

Baxış sayı: 
63
3  
0  

 
İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən Adnan Oktarın cinayətkar dəstəsinə qarşı hazırlanan iddianamə çərçivəsində başlanan cinayət işi davam edir.
 
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, prosesə ağ pencək, ağ köynək və qara şalvar geyinərək qatılan Oktar şəxsiyyəti ilə bağlı sual-cavab zamanı peşəsinin yazarlıq olduğunu və aylıq gəlirinin 3 min lirə olduğunu deyib. Məhkəmə proseslərinə verilən qısa fasilələrdə Oktar təqsirləndirilən şəxslərin arasından keçərkən ordakı qadınlara gülərək, “çox gözəlsiniz, maşallah” dediyi halda, qadınlar da Oktarı “maşallah hocama” deyərək alqışlayıb.
 
Təxminən 4 saat ərzində müdafiəsi və çarpaz istintaqı tamamlanan Oktar müdafiəsi zamanı haqqındakı ittihamları qəbul etmədiyini deyib. O, bu prosesin ingilis dərin dövlətinin Türkiyəyə və İslam aləminə qarşı oynadığı oyunu gördüyü üçün çıxdaş edildiyini bildirib.
 
Müdafiəsində “Baxın, mən həbs olunduğum gecə dollar 5 lirəyə çıxarıldı” kimi iddialar ortaya atan Oktardan 26 nəfərə qarşı "cinsi hücum”, 5 nəfərə isə “cinsi istismar” ittihamları ilə bağlı məsələlər də soruşulub. Bu ittihamları qəbul etməyən Oktar zərərçəkmiş uşaqların təzyiq altında yönləndirmə ilə ifadə verdiyini və qorxudulduqları üçün ona iftira atdıqlarını deyib.
 
Oktar “Qadınların qürurunun qırılması üçün istismara məruz qoyması” ilə bağlı təlimat verdiyi iddialarına isə aşağıdakı kimi cavab verib: “Bütün qadınlara aşiqəm. Amma bu, Allah eşqidir. Seks mənasında deyil. Onlara şəfqət duyuram, onlara qarşı son dərəcə hörmətli və qoruyucuyam. Qadınlara hörmətimi hər kəs bilir. Onlar hər zaman baş tacı edilməlidir”.
 
Təşkilatın evli nümayəndələrinə boşanma ilə bağlı təlimat verməsi ilə bağlı suala gəlincə, Oktar bildirib ki, rəsmi evlilik çox gözəl bir şeydir. Təşkilat içindəki ierarxik quruluşla bağlı iddiaları da rədd edən Oktar özləri barəsində “Biz Allahın lütfü üçün yaşayan müsəlman bir dost qrupuyuq” deyib.
 
İttiham sənədlərində yer alan “təşkilat üzvlərinin əsgərə getmələrinə mane olma” iddialarına gəlibcə, A.Oktar bunu da inkar edib. “Mən belə bir təlimat vermədim. Mənim şəhid olmuş 4 dostum və qazilər var. Əsgərlik, dövlət, bayraq müqəddəs şeylərdir. Mən Turanı, türk İlsamını hədəfləyirəm. Əsgərliyi necə dəstəkləməyə bilərəm?” söyləyib.
 
Bəzi təşkilat üzvlərinin nüfuzlu şəxlərlə apardıqları danışıqların qeydiyyat altına alınması iddiaları barədə isə Oktar aşağıdakıları deyib: “O şəxs o görüşü önəmli görübsə, hafizəsində yer etmək, əzbərləmək üçün qeydiyyat altına almış ola bilər. Burada bir cinayət yoxdur. Məqsəd dövlətə fayda verməkdir. Yaxşı niyyətli, məqsədi xeyirli olarsa, burada heç bir problem yoxdur”.
 
A.Oktar eyni zamanda rəhbəri olduğu A9 kanalında FETÖ rəhbəri Fətullah Güləni tərifləyən nitqinə də aydınlıq gətirib. Deyib ki, F.Gülən zehniyyət olaraq ona tamamən zidd bir insandır: “Əqli vəziyyəti yerində olmayan biridir. Təhlükəli bir tipdi, nəzarət altında tutmağa çalışdıq. Özünü kainat imamı elan edir. FETÖ-çu polislər daim yolda məni saxlayırdılar. Onlar məndən daim məhkəməyə şikayət edirdilər. Başımıza bəla açmağa çalışan təhlükəli bir quruluş idilər. O nitqi söylədiyim zaman FETÖ-cular mənə nifrət edirdilər. Bunları deyəndə daha çox nifrət etdilər. Kitablarımı satmağa qoymurdular. Bu bəladan qurtulmaq, bir az da onları hirsləndirmək üçün belə şeylər dedim. Biz bir küncdə qalmışdıq. Ən çox tənqid olunan mən idim. Bizə qarşı məhkəmə işi açdılar. Gülən məni qəbul etməzdi, mənim də onu qəbul etməyim mümkün deyil. Təriflədiyimdən 10 qat artıq onu tənqid edirdim. “Allah bəlasını verəcək” dedim. Onların məktəblərinə, kurslarına getmədik. Qəzetlərini almadıq. Banklarına pul qoymadıq”.
 
"POLİSƏ GETMƏK ÜÇÜN EVDƏN ÇIXDIM, QAÇMADIM”
 
A.Oktar eyni zamanda ittiham sənədində yer alan “təşkilat üzvlərinin qeyri-qanuni silahlandırılması” iddiaları ilə bağlı “silah almaq üçün dostlarımız müraciət edir. Dövlət gedir, mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsindən bu barədə soruşur.  “Bu şəxs qeyri-qanuni bir təşkilata üzvdürmü” deyə baxırlar. Silahım yoxdur. Savadım, səviyyəm çox yüksəkdir. Hüquq, tibb, çoğrafiya ilə bağlı savadım var” deyib.
 
Polisin hücum edəcəyini öyrənməsilə bağlı olaraq isə Oktar dostlarının zəng edib ona bu barədə xəbər verdiyini, onun da “Qabaqdan gedək, mətbuata xəbər verək”
 
dediğini bildirib. Onun sözlərinə görə, Vətən küçəsindəki İstanbul Polis Müdirliyinə gedərkən yolda bir çox insan ona salam verib, yolda polis saxlayıb və sonra polislə birdə idarəyə gedib.
 
ÇARPAZ SORĞU
 
Təqsirləndirilən Oktar müdafisəini tamamladıqdan sonar çarpaz sorğu mərhələsi baş tutub. Bir zərərçəkmiş vəkilinin “Mehdisiniz və ya bununla bağlı bir iddianız varmı” sualına cavabda Oktar deyib ki, 150-200 dəfədir belə bir iddiası olmadığını vurğulayıb: “Bunu edən adam küfrə getmiş olur. Bunu söyləyən insan dindən çıxır. Heç bir şəkildə belə bir iddiam yoxdur. Ömür boyu da belə bir şey olmaması ilə bağlı Allaha and içdim”.
 
"ZƏRƏRÇƏKƏNLƏRİ VƏ ETİRAFÇILARI DA ÇOX SEVİRƏM”
 
Zərərçəkən vəkillərindən biri ondan təşkilat üzvlərinə namazı 5 dəfə yox, 2 dəfə qılması ilə bağlı tapşırıqlar verməsi barədə soruşub. O da cavabında "Namaz 5 rükət qılınmalıdır. Quran ayələrində də bu, açıq şəkildə qeyd olunub. Bunu 2 və ya 3 dəfəyə qədər endirmək kimi iddiam olmaz” deyib.
 
Vəkilin “Təşkilatdan çıxan şəxslərlə bağlı qaralama fəaliyyəti həyata keçirirsiz” sualına cavabda da Oktar inkar xəttini tutub: “Xeyir, mənim təşkilatdan çıxan dostlarım da nur kimi müsəlmanlardır. Zərərçəkənləri də, etirafçıları da çox sevirəm. İngilis dərin dövləti “böl, parçala” məntiqi ilə hərəkət edir. Mən onları hər zaman qoruyub müdafiə edirəm. İnşallah, cənnətdə görüşəcəyik”.
 
"ARXAMDA BİR QƏPİK PULUM YOXDUR”
 
Vəkil ona eyni zamanda “təşkilat üzvlərinin mallarını bitənə qədər istifadə etdiniz?” sualına cavabda Oktar deyib ki, “Mal yığmaq İslamda haramdır. Peyğəmbərimiz bütün malını xərcləyib. Müsəlmanlıqda varlılıq yoxdur. Mən 65 yaşındayam. Tək bir malım-mülküm, pulum yoxdur. Arxamda bir qəpiyim də yoxdur”.
 
"TƏLİMAT VERMƏKLƏ MƏŞĞUL OLA BİLMƏRƏM”
 
Vəkil Oktardan fərqli insanlarla evil qadınların eyni evdə qaldıqlarını bildirərək, ona evlilərə uşaq dünyaya gətirməmək üçün təlimat verib-vermədiyini də soruşub. Oktar cavabında deyib ki, dostları Allahın lütfü ilə evləniblər: “Qadın ərinə yapışqan kimi yapışaraq gəzəcək deyə bir şey yoxdur. Bizim yanımıza evil olanda gəlirdi, subay olan da. Evli olmaq ona ayrı bir hüquq, imtiyaz vermir. 'Evlidirsə, bird aha gəlməsin” deyə bilmərik. Bundan başqa, kiməsə təlimat verməyə vaxtımız və həvəsimiz yoxdur. Onlar özləri uşaq sahibi olmaq istəmirlər və olmurlar. Bilirlər ki, uşaqları kimlərsə qaçırır, kimlərsə uşaqlara təcavüz edir. Bundan çəkindikləri üçün uşaq sahibi olmaq istəmirlər”.
 
A.Oktar eyni zamanda öz fəaliyyəti ilə bağlı aşağıdakıları deyib: “Mən burda dürüst davranıram. Seyidəm, peyğəmbərin soyundan olduğum üçün bu, normaldır. Bu bənzərlik bəlkə 100 insanda çıxa bilər. Mehdi olsam, cübbə ilə camaat qarşısına çıxardım. Əylənən insanların da, dekolteli xanımların da müsəlman olacağını göstərmək istəyirdim. Yoxsa mən oynamaqdan çox narahatam. Bəzi ənənəvi müsəlman qardaşlarım bunu yanlış anlayıb”.
 
Sevinc, musavat.com
 

Загрузка...
Загрузка...