​Məmur mənə intim görüntülərini göndərdi... – Şok

Baxış sayı: 
527
0  
0  

 
“Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onu müavini Hikmət Nəcəfli, eləcə də Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə Sevinc Məmmədsalayevanın ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib.
 
O, istintaqa ifadəsində 2002-2006-cı illərdə "Ədalət" qəzetində, 2006-2013-cü illərdə "Haqqın səsi" qəzetində, sonra isə "Bizim Dövr" qəzetində qeyri-rəsmi işlədiyini deyib.
 
Sevinc Məmmədsalayevanın ifadəsinə görə, 2014-cü ildə hədə-qorxu gəlməkdə ittiham edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub: “Həbs edilməyimin səbəbkarı Surxay və Hikmət oldu. Mən boşanandan sonra A. M. ilə sevgi münasibətləri yaşamışam. Bir müddət sonra ondan ayrıldım. Surxay məni otağına çağırıb təhqir etdi, A. M. ilə olan intim münasibətlərimi açıqlayıb, hamının yanında biabır edəcəyini dedi. Sonra mənə dedi ki, gözəl qadınsan, bundan sonra mənim üçün işləyəcəksən. Vəzifəli şəxslər və biznesmenlərlə görüşüb, onlarla intim münasibət quracaqsan, onları gizli videoya çəkərək, sonra şantaj edib, pul alacağımızı bildirdi”.
 
Sevinc Məmmədsalayeva həmçinin ifadəsində göstərib ki, daha sonra Qaradağ rayonunda "JEK" müdiri olan M. Q.-lə münasibət qurub: “O mənə "Votsap"da intim görüntülərini göndərdi. Mən də bu barədə Surxaya dedim. Bu görüntülərlə Surxay M. Q.-i şantaj edərək, 10 min manat almışdı. Bunu mənə Surxay deməsə də, M. Q. özü bildirmişdi”.
 
Prosesin bu hissəsində təqsirləndirilən şəxslərin vəkilləri zalda jurnalistlərin olduğunu açıqlayıb.
 
Həmin epizodlarda intim münasibətlər barədə məlumat olduğunu əsasən gətirən hakim prosesin qapalı keçirilməsi barədə qərar qəbul edib.
 
Qərar açıqlanandan sonra jurnalistlər və kənar şəxslər zaldan çıxarılıb. Zalda yalnız proses iştirakçıları saxlanılıb.
 
Hazırda proses qapalı davam edir.
 
İttihama görə, ölkədə insanları şantaj edən media orqanları rəhbərləri və əməkdaşları ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində cinayəti başlanıb.
 
Aparılan araşdırmalarla "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs olunub.
 
İstintaq araşdırması zamanı digər təqsirləndirilən Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun Surxay Əliyevlə cinayət əlaqəsinə girdikləri məlum olub. Sevinc Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.
 

Загрузка...
Загрузка...