​Məmmədyarovun XİN-dəki əsas adamı tutuldu - Məhkəmə həbs qətimkan tədbiri seçdi VİDEO

Baxış sayı: 
163
1  
0  

 
 Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi hakim qarşısına çıxarılıb.
 
Musavat.com xəbər verir ki, Faiq Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
 
Bu gün onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
 
Keçmiş səfir rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilib.
 
Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən iclasda DTX-nın təqdimatı təmin olunub.
 
Faiq Bağırov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Загрузка...
Загрузка...