​Məktəblilərin universitet arzuları puç oldu, 3 ölü - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ (YENİLƏNDİ)

Baxış sayı: 
71
1  
0  

 
Bu gün Quba rayonunun Zərdabi kəndində - Xaçmaza gedən yolda baş vermiş dəhşətli qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib.
 
Publika.az xəbər verir ki, sürüşkən yolda "Ford" markalı yük maşınına çırpılan "VAZ 21010"da həlak olanlar 2003-cü il təvəllüdlü Qasımov Coşqun Kamil oğlu, 2002-ci il təvəllüdlü Abbasov Şakir Eldəniz oğlu və sürücü, 1986-cı ildə anadan olmuş Tarverdiyev Nail Teymur oğludur.
 
Qəzaya minik avtomobilinin qarlı yolda sürət həddini düzgün seçməməsi səbəb olub. Hadisə nəticəsində ölən yeniyetmələr orta məktəb şagirdi olub və ali məktbə hazırlaşırlarmış. Onlar bu gün səhər repititor yanına getmək üçün N.Tarverdiyevin avtomobili ilə yola çıxıblar.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
***
 
Bu gün Quba rayonunda dəhşətli yol qəzası baş verib.
 
Publika.az xəbər verir ki, Quba-Xaçmaz yolunda "Vaz 21010" markalı minik avtomobili Ford markalı yük maşınına çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan 3 nəfər həlak olub. Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb edilib. Ölən şəxslırin kimliyi dəqiqləşdirilir.
 
Muxtar

Загрузка...
Загрузка...