​Məktəbli uşaqların qəlyan çəkməsi qəzəblə qarşılandı - FOTO

 
 
Uşaqların bu hərəkəti Qurban bayramı günü etməsi daha çox hiddətə səbəb olub...
 
Məktəbyaşlı uşaqların qəlyan çəkməsini təsvir edən fotolar sosial şəbəkələrdə kəskin reaksiyalara səbəb oldu.
 
Moderator.az yazır ki, Misirdə baş vermiş olay haqda “Əl-Ərəbiyə” nəşri xəbər yayıb. Kafedə əyləşib rahat şəkildə qəlyan sümürən məktəblilərin görüntülərinə şərh yazanlar ilk növbədə uşaqların bu cür vasitələrdən istifadəsinə icazə verən belə iaşə obyektlərinin sahiblərini qınayaraq onları məsuliyyətə dəvət ediblər. Eyni zamanda  övladlarının belə məkanlara getməsinə göz yuman valideynləri laqeydlikdə suçlayıblar.  Daha acınacaqlı bir fakt da odur ki, uşaqların qəlyan çəkdiyi görünən fotoların bəziləri müsəlmanların müqəddəs Qurban bayramında lentə alınıb.

Загрузка...
Загрузка...