​Əməkdar artistdən təsirli sözlər: “Səndən hər günüm üçün güc verməyini diləyirəm”

Baxış sayı: 
92
2  
0  

“Nəyimiz varsa onun heç biri bizim deyil, yalnız bircə vaxt bizimdir. Yalnız vaxt... Yalnız vaxt, axan və sürətlə keçən bu vaxt, bizi təbiətə sahib etdi”.
 
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülzar Qurbanova sosial şəbəkə izləyiciləri ilə paylaşıb. Aktrisa vaxtını səmərəli keçirməyin vacibliyini diqqətə çatdırıb:
 
“Bu günü əlində tutsan, sabahkı günlərdən az asılı olacaqsan.Yox, əgər təxirə salsan, bütün həyat bir göz qırpımında ötüb kecəçək. Haydı Gülzar, necə yazırsansa elə də elə, bircə saatı da boş buraxma. Amma bunu da yaddan çıxarma: İnsanın zamanı ram edib, özünə tabe etməsi üçün gərək onun ömrü, yaradıcılığın mənəvi ləzzəti ilə üzvi vəhdətdə ola. Görəsən buna gücüm çatacaq? Allahım səndən hər günüm üçün güc verməyini diləyirəm”.
 
Daha sonra sənətçi xoşbəxtliyin sirrini bölüşüb:
 
“İnsanlar dünyaya gələndə bərabər olurlar. Lakin ətraf mühitin, tərbiyənin təsiri ilə bəziləri mərdimazarlıq, bəziləri isə xeyirxahlıq yolu ilə gedir.
 
Cek Londonun “Nağılın sonu” hekayəsindəki əhvalat kimi. Gözəlliyə pərəstiş edən rəssam çox gözəl bir qadını qəlbən sevirdi. Öz peşəsi üçün müəyyən obyekt axtarmaq məqsədi ilə uzunmüddətli səfərlərə çıxmağa alışmış rəssam bir gün yenə yoxa çıxır. Qadın intizar çəkməkdən saralıb-solmağa başlayır. On ildən sonra rəssam sevdiyi qadının yanına qayıdır. Lakin, artıq o, kor idi. İnanırdı ki, qadın əvvəlki gözəlliyini itirməyib və yenə də ona pərəstiş edir. Qadın təsadüfən korluğun əlacını - sehrli eleksir tapır. Ancaq şübhələr içində əzab çəkən qadın qorxurdu ki, rəssamın gözlərinə şəfa versə, onu sevməyəcək, çünki əvvəlki gözəlliyi qalmayıb. Lakin sevgi və xeyirxahlıq qələbə çalır. Qadın sevgilisinin gözünü sehrli eleksir ilə isladır və rəssamın gözləri dünya işığına açılır. Qadının gözəlliyi də bərpa olunur.
 
Həqiqətən də xeyirxah olmaq üçün, həddən artıq xeyirxahlıqdan bir az da artıq xeyirxah olmaq lazımdır. Yəqin xoşbəxtliyə nail olmaq üçün bu keyfiyyətləri özündə tərbiyə etməlisən...”.

Загрузка...
Загрузка...