Əməkdar artistdən ismarış: “50 faiz kişi olmalı deyilsən...” - FOTO/VİDEO

“Bəziləri deyir ki, Nəsimi də sırğa taxıb. Sən Nəsimisən? Sırğa taxırsansa açıq-aşkar de ki, sırğa taxıram. Misal gətirmə heç kimi. De ki, mən bunu edirəm, yaxşı edirəm. Sırğa taxmaq ayıb, günah deyil”.
 
Publika.az xəbər verir ki, bu sözləri ARB TV-nin “Sayqa ilə bu axşam” proqramına qonaq olan Əməkdar artist Cavanşir Məmmədov sırğa mövzusundan söz açarkən deyib.
 
Əməkdar artist bu məsələdən danışarkən sənətçilərə ismarış göndərib:
 
“Sırğa taxmaq günah hesab olunmur. 50 faiz kişi olmalı deyilsən, 100 faiz kişi olmalısan. 100 faiz kişi ol, istəyirsən sırğa tax. Nəsiminin dərisi soyulanda rəngi saralıb, amma sözündən dönməyib. Məmə lazım deyil ki, səviyyəsi aşağı olan adam mənə hörmət etsin”.

Загрузка...
Загрузка...