​Əməkdar artist oğlunun ölümündən DANIŞDI: “40-ı çıxmamış...” - VİDEO

Baxış sayı: 
22
1  
0  

ARB TV-nin “Elgizlə izlə” verilişində qonaq olan Əməkdar artist Rəhman Rəhmanov oğlunun 40-ı çıxmamış efirə çıxdığını etiraf edib.
 
Publika.az xəbər verir ki, gənc oğlunu itirən Əməkdar artist çətin anlarından danışıb: “Başıma faciə gəldi. Oğlum 27 yaşında dünyasını dəyişdi. Gözlənilməz oldu. İkinci mərtəbədən yıxıldı, beyin nahiyəsinə kiçik bir daş dəydi, dünyasını dəyişdi. Həmin gün teatrda idim. Mənə zəng edib xəbər verdilər. Müdiriyyət mənə dedi ki, Rəhman müəllim, istəyirsizsə tamaşanı təxirə salaq. 40 mərasimindən sonra gələrsiniz, biletlərin vaxtını dəyişərik. Razı olmadım. Çünki o zaman biletlər artıq satılmışdı. “Ələddinin sehirli çırağı” tamaşasında Şah obrazındaydım. Uşaqlar həvəsləniblər 1 həftədir həsrətlə gözləyirdi. Onları o sevincdən məhrum edə bilməzdim. Oğlumu dəfn etdik, 7 mərasimini verəndən sonra səhəri gün səhnəyə çıxdım”.

Загрузка...
Загрузка...