Əməkdar artist Elçin Əlibəyliyə CAVAB VERDİ: Məhkəmədə görüşək

Baxış sayı: 
48
1  
0  

Əməkdar artist Lalə Məmmədovanın teleaparıcı Elçin Əlibəylinin "Popumuz var!" proqramında onun ünvanına səsləndirdiyi fikirlərə cavabı gecikməyib.
 
Publika.az xəbər verir ki. o, sosial şəbəkədə teleaparıcıya cavab verib: "Söhbət məndən gedirsə, o zaman qorxmasınlar, adımı çəksinlər, dediklərinin arxasında durub, sübuta yetirsinlər, məhkəmədə görüşək.
 
Zamanında heç kəsdən qorxmadım, gördüyüm hadisəyə münasibətimi bildirdim, heç kəsin şəxsi işinə qarışmadan sözümü ünvanına, sahibinə qadınlığımla açıq-aşkar dedim. Lazım gələrsə, nəinki Maral, bütün haqları tapdanmış qadınların arxasında durub, yenə də sözümü deməyə hazıram!
 
İllərdir xalqıma və incəsənətimə vicdanla xidmət etdim, oxuduğum mahnıların vergül nöqtəsinə qədər ehtiyatla yanaşdım, bəziləri kimi əsrlərdən bugünə gəlib çıxan xalq mahnımızı illərdir analarımızı gözüyaşlı qoyan, torpaqlarımızı işğal edən, 1 milyondan çox azərbaycanlını evindən didərgin salıb, qaçqın edən bədxah ermənilərin dilində oxumadım!".
 
Xatırladaq ki, E. Əlibəyli aparıcısı olduğu verilişdə Maral Tahirqızını verilişdən qovmuşdu. Bundan sonra L. Məmmədova və başqaları M. Tahirqızını müdafiə etmişdirlər.
 
Murad Arifin "Popumuz var!" proqramında bu qalmaqala toxunan E.Əlibəyli L.Məmmədovanı saxtakarlıqda ittiham dib:
 
"Bəzi "müğənniciklər" Maral Tahirqızını müdafiə etdi. Biri də var, həm müğənnidir, həm "alim". İnsan hər gün toydadır, mahnı yazdırır, klip çəkdirir, uşaq böyüdür, vaxt tapır bir dəfə boşanır da, üstəlik, elmi məqalalələr də yazıb, elmlər namizədliyini müdafiə edib. Bütün bunları necə çatdırıb, bilmirəm. Saxta müğənni olduğu kimi, saxta da alimdir. Saxta da fikirlər söyləyir. Necə ki, fəaliyyəti bütövlükdə saxtadır. Yaradıcılığı kserokopiyadan ibarətdir. Azərbaycanın çox məşhur müğənnisinin, böyük sənətkarının oxşarıdır. O, oxuyanda hamıya elə gəlir ki, başqası oxuyur. Onun müdafiəsi riyakarlıq idi. Sən özün lağ edənlərdən birisən".

Загрузка...
Загрузка...