​Miri Yusifin Yaşıl Teatr konsertində ANŞLAQ YAŞANDI - FOTO/VİDEO

Baxış sayı: 
204
0  
0  

Əməkdar artist Miri Yusif ənənəsinə sadiq qalaraq bu yay da Yaşıl Teatrda konsert verib.
Publika.az xəbər verir ki, ifaçının 6-7-8 İyul tarixləri üçün Yaşıl Teatrda nəzərdə tutulan konsertinin ilk günü başa çatıb.
Konsert saat 20:00-da başlanmalı olsa da, Miri Yusifin fanat ordusu məkana erkən saatlarında axın edib. Ruh əkizləri üçün darıxan müğənni fanatlarını çox intizarda saxlamayıb.
“Qalmaqalla deyil, sənətimlə sevginizi qazanmışam. Məni sevən və mahnılarımı duyan qəlbləriniz hər daim var olsun!” , - deyərək gecənin qəhrəmanı tamaşaçılarını salamlayıb.
Konsertin ilk dəqiqələrində müğənni qədər həyəcanlı olan tamaşaçıların sakit oturmasına alışmışıq. Adətən konsert bir neçə mahnıdan sonra qızışmağa başlayır. Lakin bu dəfə belə olmadı. Özü kimi çılğın olan ruh əkizləri Miri Yusifin sehrli ifasının təsiri altına düşərək konsertin ilk dəqiqələrindən mahnıları birağızdan onunla birlikdə oxumağa başlayıb.
Miri Yusifin bənzərsiz mahnılarına ac olan tamaşaçılar 3 saat ərzində onun hər ifasını, hər sözünü, hər avazını, hər ritmini duymağa və mənəvi qida kimi qəbul etməyə çalışırdı. Miri Yusif isə sözlərin və musiqinin hər ahəngində gizlənən müsbət emosiyaları bütün ruhu ilə tamaşaçılarına ötürürdü. Sözsüz ki, onun hissləri qarşılıqsız qalmırdı. Yorulmaq bilməyən və yerlərində sakit otura bilməyən tamaşaçılar da öz növbəsində səbəbkarı alqış və çiçək yağışına tuturaq öz sevgilərini göstərməyə çalışırdı. Bir sözlə, bu, adi konsert deyildi, ulduzun bir çox hit mahnılarının sədaları altında emosiya fırtınasına əsl səyahət idi.
“Rastaman” proqramı ilə ruh əkizlərinin görüşünə gələn ifaçının səhnə performansı, rəqsi, sərin yay axşamında, açıq havada etdiyi zarafatları hər bir tamaşaçının qəlbini oxşayırdı. Yeri gəlmişkən, səhnə dekorasiyası ideal hazırlanmışdı və onun əvvəlki çıxışlarından çox fərqlənirdi.
Xalq artsiti Aygün Kazımova və Əməkdar artist Röya Ayxan gecənin xüsusi qonaqları olub. Miri Yusifi tək qoymayan duet ortaqları səhnəyə çıxaraq onunla birlikdə oxuduqları mahnıları səsləndirib.
Həzin və küləkli bir yay axşamında dinləyicilərinə musiqi gecəsi bəxş edən artistin konserti anşlaqla yekunlaşıb. Pərəstişkarları müğənninin səhnəni tərk etməsinə razı olmasa da, onu gurultulu alqışlarla yola salıblar.

Загрузка...
Загрузка...