​"Minsk 2019": Azərbaycan səkkizinci günü dörd medalla başa vurdu - FOTO (YENİLƏNDİ)

Baxış sayı: 
50
1  
0  

İyunun 28-də - “Minsk 2019” ikinci Avropa Oyunlarının səkkizinci günündə idmançılarımız 1qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
 
Publika.az xəbər verir ki, qızıl medalı komandamızın aktivinə qadın güləşi üzrə Mariya Stadnik yazdırıb. “Minsk 2019”un güləş yarışlarının dördüncü günündə Azərbaycanın qadın pəhləvanı M.Stadnik (50 kq) final görüşündə Ukrayna təmsilçisi Oksana Livaç ilə qarşılaşıb. Olimpiya Oyunlarının üçqat mükafatçısı M.Stadnik bu görüşdə qələbə qazanaraq Azərbaycanın hesabına üçüncü qızıl medalı yazdırıb. O rəqibini 7:1 hesabı ilə məğlubiyyətə uğradıb.
 
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, ölkəmizin Belarusdakı səfiri Lətif Qəndilov və Azərbaycan nümayəndə heyətinin üzvləri güləşçimizin çıxışını izləyiblər.
 
Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova (62 kq) ikinci Avropa Oyunlarının finalında Ukrayna təmsilçisi Yuliya Tkaçla qarşılaşıb. İdmançımız həlledici görüşdə rəqibinə uduzaraq gümüş medalla kifayətlənməli olub.
 
Qadın güləşində bürünc medalı isə komandamızın hesabına millimizin üzvü Alyona Kolesnik (57 kq) yazdırıb. İdmançı bürünc medal uğrunda görüşdə türkiyəli Gün Bediha ilə üz-üzə gəlib. Rəqibini 9:4 hesabı ilə məğlub edən A.Kolesnik üçüncü yeri tutub.
 
Bu gün ikinci Avropa Oyunlarının boks yarışlarında yarımfinal mərhələsinin döyüşləri keçirilib. Boksçumuz Alfonso Dominqes (81 kq) “Uruçye Arena”da finala vəsiqə uğrunda italiyalı Simone Fiori ilə qarşılaşıb. Bunadək ukraynalı Stefan Hrekulu 3:0, belaruslu Mixail Dauhalyavetsi 5:0, belçikalı Ziad El Mohoru 5:0 hesabı ilə məğlub edən boksçumuz ardıcıl dördüncü qələbəsini qazanıb. O, iyunun 29-da keçiriləcək finalda Qor Nersesyan (Ermənistan) – Bencamin Vittaker (Böyük Britaniya) qarşılaşmasının qalibi ilə döyüşəcək.
 
Azərbaycan yığmasının daha bir boksçusu Lorenzo Sotomayor (69 kq) yarımfinalda Böyük Britaniyadan olan boksçu Pat Makkormakla qarşılaşıb. Görüş Böyük Britaniya təmsilçisinin qələbəsi ilə başa çatıb. Beləliklə, boksçumuz bürünc medalla kifayətlənməli olub.

 
Bununla da, Azərbaycanın qazandığı medalların sayı 20-yə (3 qızıl, 6 gümüş və 11 bürünc medal) çatıb.
 
Hazırda ikinci Avropa Oyunlarında medalların sayına görə birinci yeri Rusiya, ikinci yeri isə ev sahibi Belarus komandaları tutur. Azərbaycan yarışlarda iştirak edən 50 ölkə arasında 10-cu pilləyə yüksəlib.
 
***
 
21:00
 
Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova "Minsk 2019" II Avropa Oyunlarında final gürüşünə çıxıb.
 
62 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə ukraynalı Yuliya Tkaçla üz-üzə gəlib. Qarşılaşmadan məğlub ayrılan Azərbaycan təmsilçisi gümüş medal əldə edib.
 
Qeyd edək ki, daha öncə qadın güləşçilərdən Mariya Stadnik (50 kq) qızıl, Alyona Kolesnik (57 kq) isə bürünc medal qazanıb.
 
***
 
20:13
 
Azərbaycanın daha bir qadın güləşçisi Alyona Kolesnik "Minsk 2019" II Avropa Oyunlarında medal qazanıb.
 
57 kq çəki dərəcəsində yarışan idmançı bürünc medal uğrunda görüşdə türkiyəli Gün Bediha ilə üz-üzə gəlib.
 
Rəqibini məğlub edən (9:4) Kolesnik bürünc medala sahib olub. Daha öncə Mariya Stadnik (50 kq) qızıl medal əldə edib. Bu, Azərbaycanın turnirdə əldə etdiyi ümumilikdə 19-cu medal olub.
 
***
 
20:00
 
Azərbaycan qadın güləşçisi Mariya Stadnik "Minsk 2019" II Avropa Oyunlarının qalibi olub.
 
50 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı final görüşündə Ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Qarşılaşmadan qələbə ilə ayrılan (7:1) Azərbaycan təmsilçsi qızıl medala sahib olub.
 
Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər - Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl medal əldə edə bilib.
 
Bu gün həmçinin Elmira Qəmbərova (62 kq) final, Alyona Kolesnik (57 kq) və Sabirə Əliyeva bürünc medal uğrunda görüşə çıxacaq.
 
Mariya Stadnikin qazandığı medal Azərbaycanın turnirdə əldə etdiyi ümumilikdə 18-ci medal olub.
 
***
 
18:52
 
Azərbaycan boksçusu Lorenzo Sotomayor "Minsk 2019" II Avropa Oyunlarını bürünc medalla başa vurub.
 
Publika.az-ın məlumatına görə, 69 kq çəki dərəcəsində döyüşən L.Sotomayor yarımfinalda Böyük Britaniya təmsilçisi Pat Makkormaka uduzub. Nəticədə o, Avropa Oyunlarının “bürünc” medalına sahib olub.
 
Bununla da Azərbaycan II Avropa Oyunlarında 17-ci medalını qazanıb (2 qızıl, 5 gümüş, 10 bürünc).
 
Digər boksçumuz Alfonso Dominqes (81 kq) isə yarımfinal görüşündə italiyalı Fiori Simoneni məğlub edərək finala yüksəlib. Onun finaldakı rəqibi erməni idmançını məğlub edən Böyük Britaniyalı boksçu olub.

Загрузка...
Загрузка...