Minlərlə xüsusi təyinatlı Vaşinqtona yeridildi – 100 minlik ordu HƏRƏKƏTƏ KEÇİR

Baxış sayı: 
103
1  
0  

Pentaqon xüsusi təyinatlı qüvvələrini Vaşinqtona yeridib.
 
Publika.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Conatan Hoffman bildirib.
 
Hoffman bildirib ki, müdafiə naziri Mark Espert 82-ci Hava Xilasetmə Birliyinin Təcili Müdaxilə taborunun 504-cü birliyinin paytaxta göndərilməsi əmrini verib. Bununla yanaşı, Şimal Komandanlığının 16-cı və 91-ci hərbi polis bölməsi Vaşinqtona gətirilib.
 
“Paytaxta göndərilən xüsusi hərbi qüvvələrin sayı 1600-dür”, - Hoffman qeyd edib.
 
Qeyd edək ki, ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlanan etirazlar bütün ölkə üzrə davam edir. Dünən axşamdan etibarən 100 min milli mühafizə qüvvəsi aktiv vəziyyətə gətirilib.
 
Asif

Загрузка...
Загрузка...