Minlərlə əsiri qurtaran, düşmənə divan tutan hərbçimiz

O, İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatının iştirakçısı kimi “Armed Mişel”, “Ryus Armed”, “Хаrqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Fransanın orden və medalları ilə, o cümlədən, Fəxri Legion ordeni ilə təltif olunub.
 
İşğalçı alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin etmişdilər.
 
O, Əhmədiyyə Cəbrayılovdur.
 
Əhmədiyyə Cəbrayılov 1920-ci il sentyabrın 22-də Şəkinin Oxud kəndində anadan olub. 1935-ci ildə Şəkidə Kənd Təsərrüfatı Texnikumunun Zootexnika və aqronomiya fakültəsinə daxil olub. 1938-ci ildə buranı bitirib və növbəti illərdə Quba-Qusar-Xaçmaz-Dəvəçi-Yalama rayonları zonasında ipəkçi kimi işləyib. 1940-cı ildə Kommunist Partiyasına daxil olub.
 
Əhmədiyyə Böyük Vətən müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. Nevinomısk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alır...
 
Daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə:

Загрузка...
Загрузка...