​Millimizin üzvü üçün 200 min təklif edildi

Baxış sayı: 
147
5  
0  

"Neftçi" müdafiə xəttini "Qəbələ"nin üzvü Amin Seydiyevlə gücləndimrək niyyətindədir. Bakı klubu bu məqsədlə bölgə təmsilçisinin qapısını döyüb.
 
Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" U-21 yığmamızın müdafiəçisinə görə qarşı tərəfə 200 min manat təzminat ödəməyə hazır olduğunu bildirib.
 
"Neftçi" "Qəbələ"yə akademiyanın 21 yaşlı yetirməsi ilə 3 illik müqavilə bağlamaq fikrini çatdırıb. Qarşı tərəf fikirləşmək üçün bir neçə gün vaxt istəyib.
 
Qeyd edək ki, "Qarabağ" da 2018-ci ildə Hacıağa Hacılıya görə "Qəbələ"yə 200 min manat təzminat ödəmişdi.

Загрузка...
Загрузка...