Millimizin “Avro-2020”dəki rəqibləri bəlli oldu - Püşkatma sonrası bütün QRUPLAR

Baxış sayı: 
48
2  
0  

Bu gün 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Turaninfo.org xəbər verir ki,Modern.az-ın məlumatına görə, İrlandiyanın paytaxtı Dublində keçirilən mərasim Azərbaycanın rəqiblərini də müəyyənləşdirib.
 
Belə ki, yığmamız  Xorvatiya, Uels, Slovakiya və  Macarıstanla E qrupunda yer alıb.

Püşkatmada UEFA-nın üzv olan 55 ölkənin yığma komandası 10 qrupa bölünüb. Bu qruplardan beşində 5, beşində 6 komanda yer alıb. Seçmə mərhələnin oyunlarından sonra hər qrupdan ilk iki yeri tutan komanda final mərhələsinə yüksələcək.

A qrupu

İngiltərə
Çexiya
Bolqarıstan
Monteneqro
Kosovo
 

B  qrupu
 

Portuqaliya
Ukrayna
Serbiya
Litva
Lüksemburq
 

C qrupu
 

Hollandiya
Almaniya
Şimali İrlandiya
Estoniya
Belarus
 

D qrupu
 

İsveçrə
Danimarka
İrlandiya
Gürcüstan
Cəbəllütariq
 

E qrupu
 

Xorvatiya
Uels
Slovakiya
Macarıstan
Azərbaycan
 

F qrupu
 

İspaniya
İsveç
Norveç
Rumıniya
Farer adaları
Malta
 

G qrupu
 

Polşa
Avstriya
İsrail
Sloveniya
Makedoniya
Latviya
 

H qrupu
 

Fransa
İslandiya
Türkiyə
Albaniya
Moldova
Andorra
 

İ qrupu
 

Belçika
Rusiya
Şotlandiya
Kipr
Qazaxıstan
San Marino
 

J qrupu
 

İtaliya
Bosniya və Herseqovina
Finlandiya
Yunanıstan
Ermənistan 
Lixtenşteyn

Qeyd edək ki, seçmə mərhələnin oyunları 2019-cu ilin mart - noyabr aralığında keçiriləcək.

Xatırladaq ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək davam edəcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək. 

Загрузка...
Загрузка...