Millimiz Macarıstana məğlub oldu - Yeniləndi - FOTO

Baxış sayı: 
38
1  
0  

 
Bu gün Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində Macarıstan millisi ilə qarşılaşıb.
 
Publika.az xəbər verir ki, "Baksell Arena"da keçirilən oyun qonaqların 1:3 hesablı qələbəsi ilə bitib.
 
Azərbaycan – Macarıstan 1:3
 
Qollar: Mahir Emreli, 69 – Villi Orban, 18; 53. David Holman, 71.
 
Baş hakim: Kevin Blom (Hollandiya)
 
---------
 
21:50
 
Macarıstan 3-cü qolu Azərbaycan yığmasının qapısından keçirib.
 
Publika.az xəbər verir ki, David Holman matçın 71-ci dəqiqəsində Macarıstan komandasının 3-cü qolunu vurub. Azərbaycan-Macarıstan - 1:3
 
-------
 
21:19
 
Macarıstan yığması AVRO-2020 seçmə mərhələsində Azərbaycan milli komandası ilə oyunda hesabda növbəti dəfə önə çıxıb.
 
Publika.az xəbər verir ki, Villi Orban qarşılaşmanın 53-cü dəqiqəsində özünün və komandasının ikinci qolunu vurub.
 
---------
 
20:50
 
Macarlar matçın 18-ci dəqiqəsində Orbanın qolu ilə hesabı açdı: 0-1.
 
Publika.az xəbər verir ki, ilk hissə bu hesabla başa çatıb.
 
***
 
20:01
 
AVRO-2020 seçmə mərhələsində keçirilən Azərbaycan - Macarıstan matçı bir dəqiqəlik sükutla başlayıb.
 
Publika.az xəbər verir ki, qarşılaşmadan öncə UEFA-nın sabiq prezidenti Lennart Yuhanssonun xatirəsi yad olunub.
 
--------
 
19:51
 
Azərbaycan - Macarıstan oyunu üçün heyətlər açıqlanıb.
 
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaq:
 
Azərbaycan: Səlahət Ağayev, Anton Krivotsyuk, Rahil Məmmədov, Bədavi Hüseynov, Maksim Medvedev (k), Qara Qarayev, Dmitri Nazarov, Riçard Almeyda, Ramil Şeydayev, Renat Dadaşov, Mahir Əmrəli (Mədətov)
 
Ehtiyat oyunçular: Emil Balayev, Şahruddin Məhəmmədəliyev, Şəhriyar Rəhimov, Araz Abdullayev, Emin Mahmudov, Ağabala Ramazanov, Rəşad Eyyubov, Ömər Buludov, Rüfət Dadaşov, Əli Babayev, Pavel Paşayev, Aleksey İsayev
 
Macarıstan: Peter Qulaşi, Botond Barat, Mixali Korhut, Villi Orban, Balaş Cucak, Adam Naqi, Adam Szalai, Dominik Szoboszlay, Gerge Lovrençiç, Lazlo Klaynhaysler, Dominik Naqi
 
Ehtiyat oyunçular: Denes Dibuş, Adam Kovaçşik, Yanos Ferencsi, Paulo Vinisius, Kristian Nemet, Zolt Kalmar, Mete Patkay, Roland Varqa, David Holman, İstvan Kovaçs, Tamaş Kadar, Filip Holender
 
---------
 
08:10
 
Bu gün Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
 
Qol.az xəbər verir ki, yığmamız evdə Macarıstanı sınağa çəkəcək. Birinci turda Xorvaiyaya uduzan komandamız ilk xalını qazanmağa çalışacaq.
 
Macarıstan millisi üçün isə bu, qrupda 3-cü görüş olacaq. Macarlar qrupun ilk görüşündə Slovakiyaya məğlub olub, Xorvatiyaya qalib gəlib.
 
Qeyd edək ki, bu gün E qrupunda millimizin matçı ilə yanaşı Xorvatiya - Ules oyunu da keçiriləcək.
 
E qrupu
 
17:00. Xorvatiya - Uels
 
20:00. Azərbaycan - Macarıstan
1. 2 1 0 1 2:1 3
 
2. 1 1 0 0 1:0 3
 
3. 2 1 0 1 2:3 3
 
4. 2 1 0 1 3:3 3
 
5. 1 0 0 1 1:2 0
 

Загрузка...
Загрузка...