Milli Şuranın 6 aprel mitinqinə icazə verilmədi

Baxış sayı: 
115
2  
0  
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq və Müsavat partiyasının üzvlərinin yürüş üçün müraciətinə cavab verib. 
 
 
Turaninfo.org xəbər verir ki, bu barədə BŞİH-dən verilən açıqlamada bildirilib. 
 
BŞİH-dən qeyd edilib ki, Milli Şuranın aprelin 6-sı, saat 15:00-dan saat 17:00-dək İdman Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirməsinə razılıq verilməyib.
 
Qeyd edək ki, Müsavat Partiyasının üzvləri də aprelin 7-də küçədə yürüş üçün BŞİH-ə müraciət ediblər. 
 
"Təklif olunan üç istiqamət üzrə yürüş - mitinq marşrutları boyu nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunduğundan həmin gün bu küçələrin bağlanılması tələb olunacaq və nəticədə, tıxacların yaranması, vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına gətirib çıxaracaq.
 
Həmin gün Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanı təyin edilib. Yürüş üçün təklif olunan ərazilərdə əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışları olması ciddi problemlər yaradacaq. Bu da toplantı keçirilməsinin təhlükəsizliyinə təminat vermir", - deyə BŞİH-dən qeyd edilib.
 
Загрузка...
Загрузка...