​Milli-mənəvi dəyərlərin təbliğində - Fotoreportaj

Baxış sayı: 
133
3  
0  

 
Bərdə .Tarıx və diyarşünaslıq muzeyi. İçəri daxil olar-olmaz sizi müsbət aura bürüyəcək. Öncə muzeyin bələdçisi Könül xanımla bir-birindən maraqlı tariximizin, mədəniyyətimizin nə qədər qədim əsrlərə bağlandığını sübut edən, çox muzeylərdə rast gəlmədiyim eksponatları seyr etdim. Həm də bir neçə dəfə... Görüb-eşitdiklərim məni o qədər sevindirdi ki, zamanın necə gəlib keçdiyini hiss etmədim.  Peşəsinin vurğunu olan bir-birindən gözəl, səmimi üç xanımın direktor əvəzi Mehriban Əliyeva, elmi işçi Turanə Məmmədova, bələdçi Könül Əliyevanın verdiyi zəngin, həm də çoxlarına örnək ola biləcək məlumatlar məni ziyadəsiylə sevindirdi. Nəinki məni, əminəm ki, sizləri də sevindirə biləcək cavabları qısa şəkildə diqqətinizə çatdırmaq, sevincimi sizlərlə paylaşmaq istəyirəm. Mehriban xanımın dediklərindən... ”Biz hər il sentyabrın 15 dən “Tariximizi qoruyaq” deviziylə qapımızı məktəblilərə geniş açırıq. Yaxşı bilirik ki, milli-mənəvi dəyərlərin təbliğində muzeylərin əhəmiyyəti çox böyükdür. Əvvəllər həftədə iki dəfə muzeydə dərslər keçirilirdi, indi ayda iki dəfə. Buna səbəb sadəcə uşaqların dərsdən əlavə gördüklərini yazıb fikirlərini bildirməsidir ki, bu şəkildə daha çox əhəmiyyəti olur. Bu bina 2009-cu ildən fəaliyyətdədir. O zaman 2200 eksponatımız var idi. Hər il kəndlərə səyyar gəzintilərimiz olur və əhalidən könüllü şəkildə muzeyimizə təqdim etdikləri əşyaları toplayırıq. Binamız təzə olsa da, toplanan eksponatların nümayiş etdirilməsi üçün otaqlar kifayət etmir. Bir-birindən maraqlı, əhəmiyyətli tədbirlər,  şəhid ailələriylə, tanınmış şəxsiyyətlərlə məktəblilərin görüşü bizim iş planımızın əsas  tərkib hissəsidir. Buyurun hər zaman gəlsəniz əziz qonağımızsınız.”
Havanın çox lap çox isti olmasına baxmayaraq sevincimin həddi-hüdudu yox idi. Söhbətimizi çay süfrəsi ətrafında davam etdirdik. Bu yaxınlarda səkkiz igid oğlumuza həsr etdiyim “Əbədi yaşayanlar” kitabımı təqdim edib, Bərdənin “Piyadalar” kəndində boya-başa çatan kitabdakı igidlərdən biri çavuş Aqşin Həsənov haqda bildiklərimi paylaşdım. Muzeyin “Rəy”lər kitabçasına qürurla imza atdım...  Bir daha əmin oldum ki, məkanından asılı olmayaraq peşəsini sevən adam üçün heç vaxt bəhanə olmayıb, olmayacaq. Bir-birindən gözəl, bacarıqlı, peşəsinin vurğunu bu üç xanıma  böyük hərflə təşəkkür edirəm...  Nə yaxşı ki varsınız!!!

Jalə Cəfərova

Загрузка...
Загрузка...