Milli Mədəniyyətin Təbliği İctimai Birliyi “Şəhid ailələrinə diqqət və qayğının artırılması” layihəsi çərçivəsində sonuncu tədbirini təşkil etdi

Baxış sayı: 
363
2  
0  

 
            Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi   “Şəhid ailələrinə diqqət və qayğının artırılması” layihəsi çərçivəsində ikinci və sonuncu tədbirini Göyçay rayonunda həyata keçirtmişdir.
            Tədbiri həyata keçirtmək üçün 25 avqust 2020-ci il tarixində Göyçay rayonunda ezamiyyətə gedilmişdir. Göyçay rayon İcra Hakimiyyətində qeydiyyata düşdükdən sonra Başçının müavini  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zeynalova Zivər Oktay qızının da qəbulunda olmuşlar. Qəbul zamanı  Zivər xanım bildirdi ki, İcra Hakimiyyətinin başçısı Mehdi İldırım oğlu Səlimzadə tapşırıq verib ki, Milli Mədəniyyətin Təbliği ictimai birliyinin sədri gələndə mənimlə görüşsün.  Başçının qəbulunda olduq. Çox səmimi bir görüş oldu.
            Təşkilatımız Göyçayda əvvəlki illərdə  bir neçə tədbirlər həyata  keçirtmişdi. Bu tədbirlərin birində İcra Hakimiyyətinin başçısı Mehdi müəllim də iştirak etdiyini bildirdi. Təşkilatın fəaliyyətini yüksək dəyərləndirərək, gələcək işlərində onlara uğurlar dilədi. İcra hakimiyyətinin başçısı tədbirlər bitdikdən sonra yenidən bizi İH-nə dəvət etdi.
            Biz bir neçə gün ərzində könüllülərlə birlikdə 20 şəhid ailəsinə yardım paketini hazırlanıb, ünvanlara çatdırıldı. Hər bir paketə Corona-19 pandemiyası ilə başlı maarifləndirici buklet də daxil edildi. Bundan başqa təşkilat rəhbəri Jalə Cəfərovanın şəhidlərə həsr edilmiş “Əbədi Yaşayanlar” və təşkilatın hazırladığı kalendarlar da yardım paketinə əlavə edildi.
Şəhid ailələri həm Göyçay şəhərində, həmçinin  ətraf kəndlərdə yaşadığından yardımları paylamaq üçün bir neçə gün sərf edildi.
            Ərzaq paketinə daxil etmək üçün Şuranın göndərdiyi QHT layihələri çərçivəsində paylanılanacaq birdəfəlik yardım  paketinə daxil olan məhsulların siyahısında bəzi ərzaqlar olmadığından onları kərə yağı və məişət üçün digər vacib ərzaqlar ilə əvəz etdik. Bundan başqa yardım paketinə tibbi ləvazimatlar və gigiyenik vasitələri də daxil edildi. 
Hər kəs satış mərkəzində bu gözəl aksiyaya öz töhvəsini verməyə çalışırdı. Sahibkarlar bəzi ərzaqların qiymətlərində belə endirimlər etdilər. Qablaşdırmanı da satış mərkəzində özləri həyata keçirtdilər.
            İstər şəhər mərkəzində, istəresə də ucqar kəndlərdə açdığımız hər Şəhid ailəsi qapısında bizi xoş qarşılayaraq, diqqət və qayğıya görə və bu tədbirə dəstək verənlərə minnətdarlıqlarını bildirdilər. Onu da qeyd edirdilər ki, yaxşı ki, poçta müraciət etməmisiniz poçtun fəaliyyəti bərbad vəziyyətdədir. Biz onların evlərindən ayrldıqdan sonra Göyçay İcra Hakimiyyətinə də zəng vurub minnətdarlıq etdiklərini də tədbirdən sonra öyrəndik. Onlar bildirdilər ki, bizim üçün önəmlisi, Şəhidlərimizin xalqımız və dövlətimiz tərəfindən unudulmadığını bilmək idi. Bunu bilmək onları çox sevindirdi.
Yardımların paylanması zamanı foto-video çəkilişlər aparıldı.
            Yardım paketlərini payladıqdan sonra yenidən İcra Hakimiyyətinə gəldik. Burada bizi çox sevindirici bir surpriz gözləyirdi. Başçının müavini  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər xanım Zeynalova Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə xanım Cəfərovaya icra hakimiyyəti adından “Fəxri Fərman” və Göyçay şəhərinin simvolu olan tarelka hədiyyə etdi. Zivər xanım Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin fəaliyyətini yüksək dəyərləndirərək, gələcək işlərində yeni-yeni uğurlar dilədi.
Bu bizim fəaliyyətimizə yerli hakimiyyət orqanları tərəfindən (Kürdəmirdən sonra) verilən ikinci qiymət idi.
Tədbirlər zamanı foto-video çəkilişlər aparıldı.
Hər iki rayondaQəbələ və Göyçay rayonlarında həyata keçirilən bütün yardım paketlərinin çatdırıldığı ünvanlarda keçirilən görüşlər video lentə alınıb. Həmin lentlər əsasında film hazırlanaraq, yotub kanalına yerləşdiriləcək.
Bununla da layihə işi üzrə nəzərdə tutulan son tədbir pandemiyanın yaratdı\ı çətinliklərə baxmayaraq, uğurla başa çatdırıldı.
 


 
 
 
Hörmətlə,
Milli Mədəniyyətin Təbliği
İctimai Birliyini sədri                                                             
Jalə xanım Cəfərova

Загрузка...
Загрузка...