Milli Mədəniyyətin Təbliği İctimai Birliyi COVID-19 virus pandemiyası zamanı “Şəhid ailələrinə diqqət və qayğının artırılması” layihəsi ilə çıxış edir

Baxış sayı: 
520
3  
0  

 
            Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə 2020-ci il maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Şəhid ailələrinə diqqət və qayğının artırılması” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.
Layihənin əsas məqsədi Dövlətin COVID-19 virus pandemiyası zamanı həssas qruplardan olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin uğrunda şəhid olan vətən oğullarının ailələrinə qayğı göstərilməsi sahəsində fəaliyyətlərin gücləndirilməsinə dəstək verilməsi.
            Öz aktuallığı ilə dünyanın diqqət mərkəzində olan koronavirus (COVİD-19) ölkəmizə də təsirsiz ötüşmür. Hər gün minlərlə insan öldürücü virusa yoluxur, yüzlərlə xəstə həyatını itirir. Xəstəliyin ağırlaşmaları daha çox 60 yaş üstü olan yaşlı insanlar, immun sistemi zəif olanlar, yanaşı gedən ağır xəstəliyi olanlar (tənəffüs sistemi, ürək-damar xəstəlikləri, şəkərli diabet, onkoloji və s.), ağır əməliyyat keçirmiş insanlar arasında müşahidə olunur. Belə ki, ölüm göstəriciləri bu kateqoriyalar üzrə daha yüksək olur. Şəhid ailələri də həssas qruplardan hesab olunurlar və onların hər zaman qayğıya ehtiyacı vardır.
            Milli Mədəniyyətin Təbliği İctimai Birliyi hər zaman öz fəaliyyətində “Şəhidlər və onların ailələri” önəmli yer verir.  Qəhrəman şəhidlərimizin həyatı öyrənilir, məzarları ziyarət edilir və onların xatirəsini əbədiləşdirmək və gələcək nəsillərə ötürmək üçün qəhrəmanlıqlarından bəhs edən yazılar, məqalələr və həyat yollarından bəhs edən kitablar nəşr etdirir. Layihə işi zamanı da Göyçay və Qəbələ şəhərlərində yaşayan şəhid ailələri ziyarət ediləcək, onlara pandemiya dövründə sağlamlıqlarını qorumaq üçün maarifləndirici bukletlər və ərzaq paketi paylanacaq. Layihə işində nəzərdə tutulan fəaliyyətləri bu rayonlarda yaşayan könüllülərin köməyi ilə həyata keçiriləcəkdir. layihə işindən iki rayonda yaşayan 40 şəhid ailəsi faydalanacaqdır.
            Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar vətən uğrunda şəhid olan igidlərimizin ailələrinin problemləri hər zaman dövlətin diqqətində olmuşdur. Dövlət şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial rifahının yaxşılaşdırılmasına xüsusi önəm verir.  Ümumiyyətlə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir. Son illərdə ölkəmizdə əhalinin, xüsusilə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi, bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilmişdir və bu istiqamətdə işlər uğurla davam etdirilir.
             Biz də Milli Mədəniyyətin Təbliği İctimai Birliyi olaraq hər zaman dövlətimizin yanındayıq.
 
           
Milli Mədəniyyətin Təbliği
İctimai Birliyinin sədri                                                          Jalə xanım Cəfərova            
 
 

Загрузка...
Загрузка...