Milli Lider İlham Əliyev, Adil Ənüşirəvan və Nadir şah

Baxış sayı: 
375
7  
0  

Avstriyada mühacir olan əslən Ərdəbilli azəri türkü fəxrlə, göz yaşları ilə İlham Əliyevə “50 milyonluq Azərbaycan türklərinin ali Baş komandanı” deyə müraciət etdi. 83 milyonluq Türkiyənin isə böyük Millət Məclisinin sədri Mustafa Şentop: “Xoş gördük, cənab prezidentim” kəlməsi ilə salamladı.
Əsrin əvvəlində türk dünyasını, Fransa, İngiltərə, erməni və yunan zorakılığından Mustafa Kamal Atatürk necə xilas etdisə, İlham Əliyev Azərbaycan türklərini erməni faşistlərindən kaftarlarından həmin üsulla xilas etdi. 300 il əvvəl, Nadir şah Azərbaycan dövlətini qurdu. Nadir şahdan 300 il sonra yolun davamçısı İlham Əliyev oldu. 25 sentyabr 2003-cü il dünyada qadın lideri kimi qəbul edilən Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərmişdim ki, İlham Əliyevin məşhur siyasi lider olmasında sizin sevginiz rol oynayacaq. Hətta bir filmdən sitat gətirmişdim...
Əfsanəvi çeçen imamı Şeyx Şamilə ruslar sual verirlər ki:”Necə oldu ki, çeçenlər sizi imam kimi qəbul etdi. Cavab verir ki, əvvəlcə həyat yoldaşım bunu etdi, sonra övladlarım və sonra bütün çeçenlər”-deyir. Hansı lider erməniyə söykənibsə, məsələn, Pişəvəri, Səttarxan arxadan vurulublar. Cənubi Azərbaycanın da müstəqil dövlət kimi yaranmasına A. Mikoyan mane olmuşdur.
Amma İlham Əliyev çox şirin ləhcə ilə ”Erməniləri iti qovan kimi qovacayıq” –deyir. Möhtərəm Ali Baş Komandanımızdan bir xahişim var it sadiq və şərəfli məxluqdur, onları “kaftarı qovan kimi” ordumuz qovsun... Çünki pələng, şir ov edir, doyub çəkiləndə leşi kaftar sürüsü darmadağın edir. Kaftarlar da, ermənilər kimi iyrənc məxluqdur. Gəncə, Kürdəmir, Xızının bombalanmasından sonra dünya gördü ki, erməni terrorçudur. ASALA, PKK terrorçuları hal-hazrda Qarabağda darmadağın edilib. Erməni terroru tək türkə qarşı deyil, əsrin əvvəlində türk əsgəri Andranikin qulağını kəsir, öldürmür. Bu, türk əsgərinin xətası idi, həmin qulağıkəsik sonradan nə qədər türk uşaq, qoca və qadınları amasızcasına qətliam edir, soyqrım törədir.
Biz inanırıq ki, vətən müharibəsi sona yetəndən sona cənab prezident daxildən 5-ci kalonu sarsıdacaq. İmişlini də uzun illərdir ki, 5-ci kalon idarə edib. Onların əllərinin zərbəsini hələ də dağıdanların biri ADP-çilər, xüsusi ilə RT sədri kimi mənəm. Biz ötən yazımızdan sonra İmişli rayon Məşğulluq idarə rəisi Mirşamil vəzifədən qovuldu. Onun əməllərindən arxası ƏƏSMN nazir müavini Vüsal Nəsirliyə söykənib korrupsiya əməllərindən tutmuş, həbsdə olan başçı V.Hacıyev, eləcə də, hazırki başçı Elçin Rzayevə kimi narazıdır. Hətta, E.Rzayev onu dinləyəndən sonra “Uşaq-muşaq əlində qalmışıq”-deyibmiş. İnanırıq ki, baş prokuror Mirşəmilin, indi onun yerində olan ƏƏSM İmişli şöbəsindən qərarla çıxarılmış Nofəl Atakişiyevin əməllərini araşdıracaq. N.Atakişiyev isə məşğulluqda işləyən xanım işçiləri işindən qovub. Deyib ki, təzə komandam ilə işləyəcəm. Xanımların biri qiyabi ali təhsil alır ki, qiyabi oxuyan tələbəyə dövlətimiz yardımçı olur. Xanımların biri 30 il əvvəl həmin idarəni İmişlidə yaradan Sevinc İsmayılovanın ürəyi partlayıb dünyasını dəyişdi, qiyabiçi tələbə xanım isə xəstə düşüb. Dövlətimiz xanımların irəli çəkilməsini ortaya şərt kimi qoyub. Həmin xanımlar məni DOST İŞ MƏRKƏZİNƏ qeydə alıblar, mənə DOST İŞ MƏRKƏZİNDƏN kart veriblər. Belə çıxır ki, Mirşəmil və Nofəl məni qeydə alan xanımlardan qisas alır.
 Adil Ənuşirəvan şah seçiləndə əyanlara Qurani-Kərimə and içdirir ki, xalqa, dövlətə sədaqətli olacayıq. Əyanlarla meşədə ov edərkən yaşlı bir qadın şaha şikayət edir ki, Təbriz əmiri məni ev-eşiyimdən qovub, deyir. Şah qarını etibarlı bir yerdə gizlətməyi əmr edir. Yığınacaq keçirir. Qurani-Kərimə and içdiklərini xatırladır. Qarını yığıncaq keçirilən yerə gətrir.”Ay Təbriz əmiri, Qurani-Kərimə əl basmışdın, bu qarının günahı nə idi ki, qovmusan? İndi cəzanı özün seç”- deyir. İnanırıq ki, müharibədən sonra Prezident xalqı, dövləti sevənlərlə idarəetmə başladacaq. Ondan sonra 5-ci kalonçular, Paşinyan və Xocalı Soyqrım qatili R.Köçəryanın cibində olanlar nə yazır, nə deyir desin, onlara ən ağır qınaq xalqın qınağıdır. Əgər çoxsaylı siyasi tibbi kitablar müəllifi müxalif lider Sərdar Cəlaloğlu və 50 siyasi partiya lideri qardaşı şəhid olan AĞ partiya sədri Tural Abbaslı, Əli Əliyev, İsa Qəmbər və Arif Hacılı Prezidenti dəstəkləyiblərsə, deməli, inanıblar, bu inamı isə Prezident doğruldub, hələ də doğruldacaq.
Avtoyol rəisi Şükür Aslanovun 21 yaşlı kürəkəni həm ferma idarə edir, həm beş balıqçılıq gölü var. Müavini Mirkazımın oğlu niyə orduda deyil? Bu barədə ayrıca yazımız olacaq!
 
  ADP imişli R.T-nın sədri:                               Məhbub Əvəzoğlu Zülfüqarlı
 
 070-277-87-27
  050-58161-88
 

Загрузка...
Загрузка...