Məhəllədə qan tökən 20 yaşlı oğlanın məhkəməsi başladı

Baxış sayı: 
121
2  
0  

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Bakı şəhər sakini, 20 yaşlı Emil Heydərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Turaninfo.org xəbər verir ki, Virtualaz.org-un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 16-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il dekabr ayının 18-də Sabunçu qəsəbəsində baş verib. E.Heydərov mübahisə zəminində onunla eyni məhəllədə yaşayan Nicat Həziyevi qətlə yetirib.

Sabunçu Rayon Polis İdarsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş E.Heydərov saxlanılıb.

İlkin dindirilmə zamanı E.Heydərov ifadəsində Nicatın bəzi hərəkətlərindən xoşu gəlmədiyini göstərib. Belə ki, 25 yaşlı N.Həziyevin məhəllədə qızla gəzməsi Emili narahat edib. O, məhəllədən tanıdığı Nicata "hamımızın ana-bacısı var. Belə hərəkətlər lazım deyil" kimi irad bildirib. Bundan sonra onların münasibəti kəskinləşib, aralarında münaqişə yaranıb. Münaqişə zəminində 19 yaşlı Emil bıçağa əl atıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və E.Hüseynov barəsində həbs-qətimkan tədbiri seçilib.

Загрузка...
Загрузка...