"Məhkəməyə gəlməyəcəm, vəkil də lazım deyil" - Suriyaya gedən azərbaycanlıların işi

Baxış sayı: 
32
1  
0  

 
İŞİD tərkibində döyüşlərdə ittiham edilən daha iki azərbaycanlı hakim qarşısına çıxarılıb.
 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsəd hökumətinə qarşı vuruşmaqda, orada təlimlər keçməkdə suçlanan Sumqayıt sakini Mehman Qarayev və Xətai sakini Rövşən Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Rövşən Rəhimov vəkilindən imtina edib.
 
O deyib ki, vəkilin bu işdə heç bir faydası olmayıb: "İstintaqda da deyilən ifadəyə imza atdım. Vəsatət verdi, amma təyin edilmədi. Mənə bundan sonra vəkil lazım deyil".
 
Hakim bildirib ki, indiki vəkilindən imtina etmək onun hüququdur. Amma bundan sonra məhkəmə iclasının vəkilsiz davam etdirilməsi mümkünsüzdür.
 
Məhkəməyə sədrlik edən əlavə edib ki, onlar ağır cinayətdə ittiham edildiyi üçün mütləq vəkil təyin edilməlidir. Buna görə də məhkəmə Vəkillər Kollegiyasına məlumat verəcək və ona dövlət hesabına vəkil təyin ediləcək.
 
Rövşən Rəhimov bir daha vəkil istəmədiyini deyib: "Biz gedib-gəlirik. Onsuz da bizim xeyrimizə heç nə olmayacaq. Mən gələn dəfə gəlməyəcəm. Nə deyiləcəksə, deyin gedək".
 
Hakim bir daha izah edib ki, müdafiəçi olmadığı halda proses davam etdirilə bilməz və buna görə də məhkəmə iclası təxirə salınır. Hakim həmçinin təqsirləndirilən şəxsə səbrli olmağı məsləhət görüb:
 
"İşin uzanmağından narazısan. Amma biz bu işi yekunlaşdırırdıq. Bu gün dövlət ittihamçısı çıxış edəcəkdi. Sonra da vəkillər. İndi siz vəkildən imtina etdiniz deyə məhkəmə iclası təxirə salınır. Sən bir az səbrli ol. Məhkəməyə gəlməyə bilməzsən".
 
Məhkəmə iclası davam etdiriləcək.
 
İttihama görə onlar 2013-cü ildə Suriyaya gedib, orada vuruşublar. Bir müddət sonra da geri qayıalıblar.
 
Təqsirləndirilənlərə qarşı həmçinin Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə (təşkilatda), mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin birliyində iştirak etmə) və 279-cu (Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr yaratma, onların tərkibində iştirak) maddələri ilə ittiham irəli sürülüb.
 
Hər iki şəxs elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.
 
Sərbəst ifadə verən M.Qarayev deyib ki, sosial şəbəkələrdə Suriyada müsəlmanlara qarşı edilən zülmləri görüb və Bəbundan sonra da oraya getmək qərarına gəlib. Qarayev Suriyadan qayıtmasının səbəbini belə izah edib: "Oradakılarla dini baxışlarımızda ziddiyyətlər var idi. Buna görə də orada qalmamağı qərarlaşdırdım".
 
Digər həbs edilə R.Rəhimov Bakıda dəmirçi işlədiyi i deyib. Məlum olub ki, o, artıq 5-ci məhkumluğunu yaşayır.
 
Daha əvvəl xuliqanlıq, qəsdən sağlamlığa xəsarət yetirmə kimi ittihamlarla cəzalandırılıb. O, doğru yolu axtardığını, buna görə dinə meyilləndiyini deyib. O bildirib ki, Suriyaya getmək məqsədi də insanlara kömək etmək olub.
 
İlkin Muradov
Musavat.com

Загрузка...
Загрузка...