Məhkəmədən “Elina işi” ilə bağlı qərar – 1 maddəyə xitam verildi

Baxış sayı: 
22
1  
0  

Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın bu gün məhkəməsi başlayıb.
 
Minval.info Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.
 
Hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdı, bu maddəyə istintaq xitam verib.
 
Sevinc Abbasova isə günahsız olduğunu deyib:”Mənim təqsirim yoxdur”.
 
İşin icraatına xitam verilməsi üçün vəsatət verilib. Lakin vəsatət təmin edilməyib.
 
Proses sentyabrın 18-də davam etdiriləcək.

Загрузка...
Загрузка...