Məhkəmə Fuad Əhmədlini vaxtından əvvəl şərti azadlığa buraxmaqdan imtina edib.

Baxış sayı: 
134
0  
0  

Suraxanı rayon məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü Fuad Əhmədlinin cəza müddətinin üçdə birini çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında müraciətini təmin etməyib.

İşə məhkəmənin 16 saylı cəzaçəkmə müəssisəsində keçirilən səyyar iclasında hakim Elçin Ağayevin sədrliyi ilə baxılıb.

Cəzaçəkmə müəssisəsi rəhbərliyi F.Əhmədlinin vaxtından əvvəl azadlığa buraxılmasına qarşı çıxb.

Fəalın atası Zəfər Əhmədovun oğluna istinadən bildirdiyinə görə, cəzaçəkmə müəssisəsinin əməkdaşı Emin Əbdürrəhmanov F.Əhmədliyə xarakterizə edərkən onun "hələ tam islah olmadığını" bildirib.

Bu fikrini də belə əsaslandırıb ki,m "müəssisənin ictimai həyatında aktiv iştirak etmir, özünə qapanır, az ünsiyyətdə olur, yatağını səliqəsiz yığır".

F.Əhmədli istehza ilə hakimdən yatağını səliqəli yığmağı "öyrənsə" vaxtından əvvəl azadlığa çıxmaq şansının olub-olmadığını soruşub. Hakim sualı cavabsız qoyub və müraciəti təmin etməyib.

Z.Əhmədovun sözlərinə görə, məhkəmənin bu qərarından apellyasiya şikayəti veriləcək.

Bundan başqa, avqustun 18-də onun həbs cəzasının yarısı başa çatmış olacaq və vaxtından əvvəl şərti azadlığa buraxılması üçün yeni müraciət veriləcək.

Qeyd edək ki, vəkili Əsabəli Mustafayevin 1 il müddətinə vəkillik fəaliyyətindən kənarlaşdırılmasından sonra Əhmədli müdafiəçisiz qalıb.

Əhmətli ağ ciyər xəstəliyindən əziyyət çəkir və cəzaçəkmə müəssisəsində keyfiyyətli müalicə almaq imkanı yoxdur.

Fuad Əhmədli 17 avqust 2018-ci ildə uydurma "əməliyyat-axtarış fəaliyyəti haqqında qanun normalarını pozmaq", xüsusən, "Azərfon" mobil rabitə şirkətinin istifadəçilərinin şəxsi məlumatlarını yaymaq ittihamı ilə həbs edilib.

Bundan başqa, o, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. Əhmədli 2017-ci il iyunun 16-da 4 il müddətinə azadlıqdan məhrum edilib. Avqustun 17-də apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb. Əhmədli siyasi məhbus kimi tanınıb. 

Загрузка...
Загрузка...