Məhbub Zülfüqarlı Ölkə Prezidentinə, Birinci Vitse Prezidentə, Daxili İşlər Nazirinə rəsmi müraciət etdi

Baxış sayı: 
75
7  
0  

 
Əvvəla hüquq müdafiəçisi, işgəncələr əleyhinə komitənin koordinatoru Oqtay GüləliyevinTürkiyəyə müalicəyə götürülməsinə yardımçı olduğuna görə xanım Mehriban Əliyeva cənablarına təşəkkürümüzü bildiririk.
06 noyabr 2019-cu il, İmişli şəhəri Həzi Aslanov küçəsində yerləşən Təhsil idarəsi ilə Mərkəzi poçtamtın qarşısında, eləcə də DSK və RİH-nin yaxınlığında 07 markalı təzə kofe rəngli Jiquli avtomaşınının altından güclə xilas olabildim. Yolu Poçtam tərəfə keçirdim, çox böyük sürətlə gələn avtomobili qəfl sezdim, geri çəkilməyə qaçdım. Avtomaşının üstümə gəldiyinə görə, geri yox, irəli çox böyük cəldliklə qaçdım, ani olaraq xilas oldum. Maşın 70-80 surəti ilə uzaqlaşdı. Şokdan  güclə ayıldım. Ərazidə sürət 20-30 olsa da, bu avtomobil müfəttişlərinin günahıdırki, “Kim onları “görürsə”, onlar maşını “təyyarəyə” çevirsələr də, onlara toxunmazlar, öz adamlarıdır, kim onların haqqını vermirsə istədiyi cəriməni yazır, vətəndaşı dövlətdən narazı salırlar ki, KİV-lərdə işıqlandırmışıq.
Bu ilin avqustunda qardaşım Siracla, oğlu Ayxan Zülfüqarlının idarəetdiyi avtomaşınla, mal bazarına ət almağa getmişdik. Avtomaşının dayanacaq yerində 200-ə yaxın maşın var idi. Maşını saxlayıb, bazara tərəf getdik. Qeyd edim ki, mal-bazarı da, Mərkəzi bazar və bir çox obyektlər Əziz Quliyevindir ki, məni həbs etdirən Saleh Səmədovla oliqarx-məmurla dostdurlar. Bazardan qayıdanda, Araz çayının üzərindəki körpüdə, Ayxanın telefonuna mesaj gəldi ki; “Cərimə olunursunuz”.
Səhər gün İmişli DAM əməkdaşlarının qəbuluna getdik. Şöbə rəis müavini Əzim müəllimlə görüşdük.
Bildirdim ki, mal bazarında işıqfor və ya hər hansı işarə vardırsa mən də bilirəm ki, orada cərimə yoxdur.
Deməli DAM əməkdaşları mal bazarında “planlarını” doldurmaq üçün çox avtomobili cərimələyiblər. Kimin arxası yoxsa, kim güclü deyilsə onu “şərləyib, DAM rəisinin “planını yerinə yetirir, ya da…”
Rəisin qəbulunda olduq, özündənrazı şəxs kimi, “eşidirəm” deyəndə vəziyyəti danışdım. Bir ay sonar Ayxana tələb gəlib ki, gətir cəriməni ödə”. Elə ona görə də DİN naziri cənab Vilayət Eyvazov və Ramiz Zeynalova rəsmi müraciət ünvanladım. 38 gündən sonar İmişli RPŞ-nin rəisi F.Şıxəliyevdən məktub aldıq. Rəis yazırdı: Sizin 22.09.2019-cu il, DİN və BDYP rəhbərliyinə İmişli RPŞ “DYPB-nin əməkdaşlarının qanunsuz hərəkətləri barədə ünvanladığınız electron məktubla əlaqədar şöbəmizdə araşdırma aparılmışdır. Məktubunuzda göstərdiyiniz qardaşınız oğlu Zülfüqarlı Ayxan və qonşunuz Vəliyev Orxan Əli oğluna tərtibedilmiş inzibati protokollar AR.İXM-nin müvafiq maddələrinə uyğun olaraq tərtib edilmiş və bu barədə Sizə rəsmi məlumat verilmişdir.
Toplanmış materiallar şöbənin dəftərxanasında 193 tikilmişdir. RPŞ rəisinin məktubun göndərilmə tarixi 30.10.2019-dursa, nazir V.Eyvazova göndərilmiş tarixləarası 38 gündür. Poçtalyon isə 04.11.2019-da verib.
RPŞ rəisinin bildirdiyi yalandır, mənə heç bir rəsmi məlumat verilməyib. Həm də, rəis təsdiqləyir ki, protocol doğrudursa, yol müfəttişlərini bazar rəisi özü göndərib ki, hamı 200-300 maşının kimin arxası, zoru, pulu yoxsa hamı cəzalandırılsın. RPŞ rəisi məni dəvət edib izahat alınmyıbsa,  necə ola bilər ki, iş dəftərxanasında işə tikilmişdir?
İmişlidə mal-qara ev oğurluqları o dərəcədə artıb ki, tək Murquzallı, Xoşçobanlı kəndlərində 53 oğurluq hadisəsi olub ki, heç bir oğru tutulmayıb. Qaralar kənd sakini heyvanları oğurlanıb, tapılmadıqda O, Fecebookda yazmışdı ki; “RPŞ rəisini nəvaxt axtarsanız, müavini Sahib Səmədovla Məmmədli kəndi yaxınlığındakı şərikli mal-qara fermalarında tapmaq olar”.
Təzə təyin etdiyiniz nazirlərdən Mikayıl Cabbarov 15.11.2018-ci il məni vergi nazirliyinə teleqramla dəvət etmiş, məni həbs etdirən məmur-oliqarxın arxası güclü olduğunu saymamış spirt zavodunda küllü vergidən yayınma aşkar etdirmişdir. Dostum hesab edirəm, deməli dövlətin dostudur, etibarlı nazir və peşəkar xalqın adamıdır.
Ekologiya naziri Muxtar Babayev spirt zavodun üfunətli iyinə görə zavodu məhkəmədə cərimələtdirsə də məmur-oliqarx dostu-qardaşı məhkəmə sədrinin vasitəsi ilə çərməni ləğv etdirib. Nazirin səyi nəticəsində çirkləndirilmiş nohur-arxdakı natəmizlik instaqrama yerləşdirilib.
Amma müraciət etdiyim Səhiyyə nazirliyi GEM rəsmisi İ.Abdullayev, eləcə də, Qida Təhlükəsizliyi Agentliyi şikayətlərimi düz üç dəfə, hər ikisi Ekologiya nazirliyinə göndəriblər, tələb ediblər ki, vətəndaşa cavab verin.Adamdan soruşarlar ki, dövlət sizə pulu əmək  haqqını nəyə görə verir? Kimi Sizə icazə verib ki, işləyən, sizdən güclü nazirdən tələb edirsiniz?
Apardığınız, başladığınız islahatlara kölgə salanlar dövlətin içərisindəki 5-ci kalondur, yoxsa müxalifət?
Ölkə rəhbəri kimi mediadan dəstək istədiniz. Dəstək vermək istəyənlər mənim başıma gətirilənləri görüb, xaricə mühacirət etməyi üstün bilir. Ya təqib olunur, ya şərlənir, ya da həbsə düşməkdən ehtiyatlananlar az deyil. İmişli rayonundakı problemləri, pambıq pripiskasından tutmuş, örüş yerlərini, parkları yerlə-yeksan edənləri məmur-oliqarxların əməllərini mediada hər həftə işıqlandırmışam. Təqib olunur, şərlənirəm. Ciblərində DOST mərkəzlərinin sair idarələrin çox saylı əmək haqqı kartıgəzdirənlər,bir-birinə cənab deyir, mənə vətəndaş Zülfüqarlı. Bu insanların başları Məkkəyi-Mədinədə aparılıb sarınsatdırılsada, belə zehniyyət sahibləri ilə dövlət nəinki islahat, hətta cəza təyin edilsə belə xeyri yoxdur, irəliləyə bilməz. Təyin etdiyiniz gənc nəsli bunlar həm təhsillərinə, həm dövlətə sədaqətlərinə görə sevə bilməzlər. Çünki, daxillərində xainlik, satqınlıq var. İsa (ə) peyğənbıər demişkən: “Bir dəfə satılmış, yenə satılacaq. Bu insanlar xalqın, kütlənində gözlərini “mazol” ediblər. Sizdən həm də xahiş edirəm, bellələrini çıxartmaqla buraxmayın, illərlə, dövlətdən, xalqdan, oğurladıqlarını büdcəyə ödətdirin. Siz buna qadirsiniz. Yoxsa rəzilliyi qəbul edənlər ara qarışdıracaq, həmin pullarla, ölkə də çaxnaşmalar və başqa əməllərlə ölkəni çökdürməyə çalışacaqlar. Amma  Sizdən qorxurlarsada, qorxaq, həm xain, həm satqın, həm də riyakar məxluqlara aman verməyin.
 
ADP İmişli RT-nin sədri
                   jurnalist:                        Məhbub Əvəz oğlu Zülfüqarlı
Tel: (050) 581-61-88
07.11.2019
 
 

Загрузка...
Загрузка...