​"Meyit tanınmaz halda idi" - alimentə görə qayınatasını öldürən şəxsə 19 il müddətinə həbs cəza istənildi

Baxış sayı: 
27
1  
0  

 
Qayınatasını öldürən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. Prokuror təqsirləndirilən şəxsə cəza istəyib.
 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Samir Şabanovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Mərhumun qardaşı isə Sahib Şabanova istənilən cəzadan narazı qalıb. O, bildirib ki, qardaşının cəsədi tanınmaz halda olub. Mərhumun hüquqi varisi Samir Şabanovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
 
Məhkəmə iclası yanvarın 15-də davam etdiriləcək.
 
Qətlə yetirilən Hətəm Şabanovun xanımı iddia edib ki, bu işi Samir qardaşı ilə birlikdə edib. Həmçinin söyləyib ki, əgər Hətəm Şabanovun bıçaqlanması xəbəri vaxtında deyilsə idi, onun həyatını xilas etmək olardı. Bildirək ki, Şabanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
 
O, söyləyib ki, hadisədən əvvəl həyat yoldaşı ilə boşanıb və alimentə görə aralarında mübahisələr olub. Məlum olub ki, alimentin artırılması Şabanovu narazı salıb.
 
"Alimentə görə 6 min manat ödəməli idim. Ödəmədiyim üçün onlar məni şikayət etdilər. Buna görə məni icradan çağırdılar. Həmin vaxt mərhum da orada idi. Bu məsələyə görə aramızda mübahisə oldu" - deyən Samir Şabanov qətlin də həmin gün axşam baş verdiyini əlavə edib.
 
Samir Şabanov icradan evə qayıdandan sonra Hətəm Şabanovla yenidən mübahisə etdiyini və onu öldürdüyünü bildirib.
 
Qeyd edək ki, hadisə bu il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Samir küt alətlə Hətəm Şabanovu qətlə yetirib.
 
İlkin Muradov,
Musavat.com

Загрузка...
Загрузка...