​ “Metronun fəaliyyətində heç bir problem yoxdur” - RƏSMİ

Baxış sayı: 
144
0  
0  

Bakı Metropoliteninin bütün stansiyaları normal şəkildə işləyir və qatarların hərəkətində heç bir problem yoxdur.
Bunu Publika.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, metronun iki stansiyası – “Memar Əcəmi” və “Avtovağzal” stansiyalarına elektrik enerjisinin verilişində problem yaranmışdı. Lakin həmin vaxt qatarlar tuneldə deyil, platformalarda olub və sərnişinlər üçün heç bir problem yaratmayıb. Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, 20 dəqiqədən sonra elektriki verilişi bərpa olunub və stansiyaların normal fəaliyyəti təmin edilib.
Gülxar

Загрузка...
Загрузка...