Metroda intihara qarşı unikal yol – Video

 
Belə bir tətbiq o qədər da asan başa gələn layihə deyil.
 
Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Bakı metrosunda qatarlarla sərnişinlər arasında şüşə maneənin yaradılmasının tətbiqinin nə dərəcədə real ola biləcəyi barədə danışarkən deyib.
 
Nəsimi Paşayevin sözlərinə görə, bu, mürəkkəb bir mexanizmdir və stansiya layihənləndirilən zaman nəzərə alınmalıdır:
 
“Bizim stansiyaların böyük əksəriyyəti sovet dönəmində tikilib. O zaman belə bir mexanizm yox idi. Hazırda dünya metropolitenlərində də sadəcə bir neçə stansiyada belə mexanizm yaradılıb. Deyilənə görə, İsveçin paytaxtı Stokholmda belə bir mexanizm var, amma araşdıranda məlum olur ki, orada intihar edənlər də heç metronu seçmir”.
 
Qeyd edək ki, son bir həftədə metroda iki intihar hadisəsi baş verib. Bununla əlaqədar bəzi insanlar sosial şəbəkədə çağırış edərək, İsveçin paytaxtı Stokholmda, eləcə də Koreyanın paytaxtı Seulda metroda tətbiq edilən qatar yolu ilə sərnişinlərin dayandığı yeri ayıran şüşə maneənin tətbiq edilməsini istəyiblər.

Загрузка...
Загрузка...